Hansı günlərdə oruc tutmaq müstəhəb sayılır?

Cavab: Oruc tutmaq İslam dinində bəyənilən və müstəhəb bilinən əməllərdən sayılır. Ona görə də ilin istənilən günündə oruc tutmaq müstəhəbdir. Yalnız Fitr və Qurban bayramı günləri istisnadır; həmin günlərdə oruc tutmaq haramdır.

Bundan əlavə, aşağıda göstərilən günlərdə oruc tutmağın xüsusi savabı olduğu bildirilir:

-Hər qəməri ayın (müsəlman ayının) 13-cü, 14-cü və 15-ci günləri.

-Hər qəməri ayın birinci və sonuncu cümə axşamı günləri. Eləcə də, hər ayın 10-dan sonrakı ilk çərşənbə günü.

-Rəcəb və şəban aylarının istənilən günləri.

-Novruz bayramı günü.

-Şəvval ayının 4-dən 9-na kimi keçən altı gün.

-Zilqədə ayının 25-i və 29-u, zilhiccə ayının 1-dən 9-na kimi.

-Qədir-Xüm bayramı günü (18 zilhiccə).

-Mübahilə günü (24 zilhiccə).

-Mühərrəm ayının 1-i, 3-ü və 7-si.

-Peyğəmbərin mövlud günü (17 rəbiül-əvvəl).

-Cəmadiyül-əvvəl ayının 15-i.

-Peyğəmbərin besət günü (27 rəcəb).

baxılma sayı: 176