Bu 5 nəfərlə yoldaş olma!

 

İmam Səccad (ə) İmam Baqirə (ə) buyurur: “Oğlum! Beş nəfərlə yoldaş olma, söhbət etmə, yol getmə”. İmam Baqir (ə) soruşur: “Atacan! Onlar kimlərdir, mənə tanıt”.

İmam Səccad (ə) buyurur: “Yalançı ilə yoldaş olmaqdan çəkin ki, ilğım kimidir, uzağı sənə yaxın, yaxını sənə uzaq edər.

Fasiqlə yoldaş olmaqdan çəkin, çünki o, səni bir yeməyə və ya ondan azına satar.

Simiclə yoldaş olma, çünki o, malını sənin çətin vəziyyətində səndən əsirgəyər.

Ağılsızla yoldaş olma, çünki sənə fayda vermək istəyəndə ziyan verər.

O kəs ki, qohumları ilə əlaqəsini kəsibdir, (onunla) yoldaş olma, çünki mən onu Allahın kitabında üç yerdə məlun görmüşəm: “Muhəmməd (s)” surəsi 23-24-cü ayəsi, “Rəd” surəsi 25-ci ayəsi, “Bəqərə” surəsi 27-ci ayəsi”./Deyerler.

baxılma sayı: 302