Həccin “Ləbbeyk!” zikr və şüarı necə yaranıb?

Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, Allah Musanı (ə) peyğəbərliyə məbus edir, dənizi onun üçün yarır və Bəni-İsrayil qövmünə nicat verir, Tövratı ona nazil edir, o, Allah yanındakı öz məqamını müşahidə edir və buyurur: “Allahım! Mənə elə kəramət vermisən ki, indiyə qədər heç kəsə verməmisən”.

Xitab gəlir: “Ey Musa! Bilirsənmi ki, Muhəmməd (s) Mənim üçün mələklərdən və bütün xəlqimdən daha üstündür?”.

Musa (ə) dedi: “Allahım! Əgər Muhəmməd (s) Sənin üçün hamıdan üstündürsə, peyğəmbərlərin övladları arasında mənim övladlarımdan daha əzizdir?”.

 

Allah buyurdu: “Ey Musa! Bilmirsənmi ki, Muhəmmədin (s) övladı Mənim üçün peyğəmbərlərin övladlarından ən fəzilətlisidir?”.

Musa (ə) dedi: “Allahım! Məgər peyğəmbər ümmətləri arasında Sənin yanında mənim ümmətimdən də fəzilətlidir ki, buludlar vasitəsilə onların başına kölgə saldın, onlara mən (ağacların xüsusi şirəsi) və sulu (göyərçinə bənzər quş) nazil etdin və dənizi onlar üçün yardın?”.

Allah buyurdu: “Ey Musa! Bil ki, Muhəmməd (s) ümməti Mənim üçün bütün ümmətlərə nisbətdə o üstünlüyə malikdir ki, Mənim xəlqimə qarşı nisbətim vardır”.

 

Musa (ə) dedi: “Allahım! Kaş mən Muhəmmədin (s) ümmətini görərdim!”.

Allah buyurdu: “Sən Muhəmmədin (s) ümmətini görməyəcəksən, çünki onun zühur zamanı gəlib çatmamışdır. Ancaq onları Ədn cənnətindən görəcəksən və Firdovsda Muhəmmədin (s) xidmətində olacaqlar. Behişt nemətlərindən bəhrələnərlər və onun xeyirlərinə qərq olarlar. Onların sözlərini eşitmək istəyirsənmi?”.

Musa (ə) dedi: “Bəli, Allahım!”.

Allah Musaya (ə) əmr edərək buyurur: “Ayağa qalx, Mənim qarşımda dayan. Zəlil qulun böyük padşah qarşısında dayandığı kimi”.

Musa (ə) belə edir.

Allah atalarının belində olan Muhəmməd (s) ümmətinə nida edir və buyurur: “Ey Muhəmməd (s) ümməti! Gəlin!”.

Onların hamısı dedilər: “Ləbbeyk, Əllahummə, ləbbeyk. Ləbbeyk, lə şərikə ləkə ləbbeyk. İnnəl həmdə ...".

Bundan sonra Allah həmin kəlmələri müsəlmanların həccinin şüarı qərar verdi”./Deyerler.

baxılma sayı: 166