Allah övliyalarının zahidanə həyatı

Onun (Behcət) tərəfindən təşkil olunan məclislərdə xətiblərə məclisdə hətta onun adını çəkməmələrini tapşırardı!


İlahi insanlar “seyri-süluk” məqamına çatmaq üçün həmişə dünyəvi və nəfsani ləzzətlərdən pəhriz edir və ancaq zəruri ehtiyaclarını təmin etməklə kifayətlənirlər. Bu xüsusi pərhiz və ehtiyatlar nəticəsində adi insan Allah tərəfindən seçilmiş xass bəndəyə çevrilir. Bəli, bu səy və təlaş nəticəsində onların bəsirət (mələkut) gözləri açılır.


Ayətullah Behcət heç vaxt yazdığı “Tozihul məsail”i çap etdirmək istəmirdi. Hər dəfə onunla bu haqda söhbət edəndə belə cavab verərdi: “Başqaları da bu işin öhdəsindən gələ bilərlər.” Böyük müctəhidlərin vəfatından sonra, ictimaiyyət və yaranan mənəvi ehtiyac və islam alimlərinin ardıcıl təkidlərinə əsasən, Behcət adının qeyd edilməməsi şərtilə “Tozihil-məsail” risaləsinin çap edilməsinə icazə verdi. Nəhayət, onun risaləsi çap olur, amma adsız və altıncı çapdan sonra kitabın üzərində “Əl-əbd Məhəmməd Təqi Behcət” yazılır. Bu ilahi nurun tərənnümüdür ki, Allah övliyalarının əhvalatlarında bu cür özünü göstərir.


Onun (Behcət) tərəfindən təşkil olunan məclislərdə xətiblərə məclisdə hətta onun adını çəkməmələrini tapşırardı.
Əvvəllər Ayətullah Behcət istixarə etmək üçün məsciddə oturar və Quranla istixarə edərdi. İstixarənin cavabını isə işarə ilə deyərdi. Amma sonralar cismən gümrah olmadığına görə öz evində istixarə edərdi və onları məxsus dəftərdə qeydə alardı. Bu dəftərin vərəqləri ən ucuz kağızdan hazırlanmışdır. Dəftər dolanda Behcət üçün ağ vərəqləri olan jurnal tipli dəftər alıb apardıq. O dəftərə baxıb nə isə fikirləşib dedi: “Bu dəftər mənim işim üçün münasib deyil. Gərək sarı, ucuz kağızdan olsun.”


Biz bu dəftəri saxladıq ki, bir gün lazım olar. Bir gün onun öz dərslərini qeyd etdiyi dəftəri qurtardı. Həmin saxladığımız dəftəri ona verəndə yenə də qəbul etmədi. Çox israr və müxtəlif dəlillər gətirəndən sonra deyəndə ki, sizin yazılarınızı başqa dəftərlərdə oxumaq çox çətin olur və aradan gedir – o vaxt razılaşdı.
Belə incəliklərə diqqət yetirmək bəzən bizim üçün dərk edilməz olsa da, ilahi insanların kamala çatmasında mühüm rolu olmuşdur./nur-az

 

baxılma sayı: 261