"Mənim ümmətim on beş günaha aludə olduğu zaman..."

İmam Əli ibn Əbutalib (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Mənim ümmətim on beş günaha aludə olduğu zaman onlardan ötrü bəla nazil olar; müharibədə əldə olunan qənimət xüsusi şəxslərin cibinə axar, camaatın əmanəti qənimət hesab olunar, zəkatı özlərinə zərər bilərlər, kişi öz qadınına itaət edər, ata-anaya zülm olunar, lakin dostlarla xoş rəftar olunar, ...

 

Rəhbərlər ən alçaq insanlardan ibarət olar, camaat onlara qorxudan hörmət edər, məscidlərdə səs-küy olar, ipək paltarlar geyərlər, xanəndə kənizlər hazırlanar, saz çalınar və nəhayət, ümmət özlərindən əvvəlkilərə lənət edər. Belə bir zamanda qırmızı küləklərin yeri xaraba qoymasının və xilqətdə (məsx) əvəzolunmaların intizarında olun.”

baxılma sayı: 227