Həyat yoldaşını incidənin namazları qəbul olunmaz!

Ailə həyatından şikayət etmək özü ilə çoxlu bəlalar və ziyanlar gətirər. O kəs ki, deyinməyi xoşlayır, məlumdur ki, psixo-emosional durumu sağlam deyildir. Başqa bir tərəfdən isə ətrafındakılara da əziyyət verər. 

 

O zaman ki, qadın evində deyinər, kişi üçün zərərlidir. Belə ki, İmam Sadiq (ə) buyurur:"Qadınlarınızı deyinməkdən hifz edin”. Əgər bir qadın ərinə desə ki, səndən mənə heç bir xeyir dəyməmişdir, bütün yaxşı əməlləri yox olar.
Həzrət Zəhra (s.ə) buyurur: "Əlican, mən xəcalət çəkirəm ki, səndən gücün çatmayan bir şeyi istəyim”.


Bir nəfər Peyğəmbərə (s) deyir: "Mənim bir həyat yoldaşım vardır ki, mən evdən çıxan zaman məni yola salar və gələn zaman qarşılayar. Məni qəmgin görən zaman deyər ki, əgər ruzinin qəmini çəkirsənsə, Allah ruzini çatdırar. Əgər qəmin axirətin üçündürsə, Allah qəmini daha da artırsın”. Həzrət Peyğəmbər (s) buyurur: "Bu qadın - Allahın yer üzündəki işçisidir. Şəhidin savabının yarısını aparar”.
Həzrət Peyğəmbər (s) buyurur: "O qadın ki, ərini incidər, Allah namazını qəbul etməz. Ondan heç bir yaxşı əməli qəbul etməz”. Hədislərdə oxuyuruq ki, belə qadın lənətlənmişdir.


Namazın kamala çatmasına mane olan amillərdən biri də həyat yoldaşını incitməkdir. Əgər ailədə səndən zəifləri incidirsənsə, namazda kamala çata bilməzsən. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, həyat yoldaşını incidər, Allah yanında yaxşı əməlləri qəbul olmaz. Məgər o halda ki, ona kömək edər və ya onu razı salar. Həmçinin əgər əri də zülm edərsə, bu cür əzab və cəzası vardır”.


Peyğəmbərin (s) səhabələri nəql edirdilər ki, Həzrət (s) onlara üç şeyi tövsiyə edərdi:"Namaz qılın və əliniz altında olanlarla yaxşı rəftar edin və arvadlarınızın işlərinə görə Allahdan qorxun ki, onlar əlinizin əsirləridir”.
Namaz, zəiflərlə ədalətli rəftar etmək və İlahi təqvaya riayət etmək - üç mühüm mövzu idi ki, Peyğəmbər (s) həmişə ona dəvət edərdi. Bu üç məsələni bir-biri ilə əlaqələndirməyə çalışsaq, görərik ki, namaz qılmaq insanı başqalarına zülm etməkdən saxlayar, iman dərəcəsini artırar və Allah qorxusu qəlbində çoxalar. O kəs ki, ailəsinə zülm edər və bu halda namaz qılarsa, namazı düzgün olsa belə, kamala çatmaz.


Qadınlar haqqında dediklərimiz kişilərə də aiddir. Hər bir qadın ailəsinin xoşbəxt olmasını istəyir və bu yol da ərini razı salmaqdan keçər.
Həzrət Peyğəmbər (s) buyurur: "Allah beş dəstə insanın namazını qəbul etməz. Öz ağasından qaçan qulun, şərabxorun, sələmçinin, ağvalideyn olanın və o qadının ki, əri ondan razı deyildir”.
Ona görə də bir ailədə əfv və güzəştin hökm sürməsi üçün namazın rolu mühümdür. O kəslər ki, ibadətlərinə və namazlarına əhəmiyyət verərlər, dini hökmlərə riayət edər və Allaha ən yaxın olmağa çalışan insanlardır. Namazın ən az təsirini ailədə görmək olar.


Həzrət Peyğəmbər (s) kişilərə və qadınlara belə bir tövsiyə vermişdir: "O kişi də arvadının pis rəftarına Allaha görə səbir edərsə, Allah onun hər səbri qarşılığında Əyyub səbrinin savabının eynisi kimi ona savab verər. O qadın ki, həyat yoldaşının pis əxlaqı qarşısında səbir edərsə, Allah Asiyanın (savabı) kimi savabı ona əta edər”.
Allah Təala bizləri bu mətləbləri anlayıb, yaşadanlardan qərar versin./ixlas.

baxılma sayı: 77