İltimasi dua nə deməkdir?, Ayətullah Behcətin bu haqda tövsiyəsi

Allahın Rəsulu buyurub: "Dua mömünün silahıdır”. Həqiqətən də dua bir qalxandır. İnsan dua ilə rəbbinə təvəkkül edir. Onun qüdrət və mərhəmətini təsdiq edir. Qudrətini təsdiq etməklə Allah Təalanın görən olmasını, eşidən olmasını, iradə sahibi olmasını, hər şeyə gücü yetən olmasını etiraf edir. Yaxud rəbbin rəhmətini təsdiq etdikcə, Onun mərhəmətini, məğfirətini, ruzi verən olmasını, öz bəndəsinə qarşı mehriban olmasını etiraf etmiş olur. Bir duanın, əl açıb istəməyin arxasında bu qədər hikmətin, sirrin və ümüdün saxlandığını dərk edən insan rəbbindən başqasına əl açmaz. Bu səbəbdən həm ayələrdə, həm də hədislərdə duaya xüsusi önəm verilmiş, təkidlə tövsiyyə olunmuşdur.


Hətta Qurani Kərim duası olmayana belə buyurur: (Ya Rəsulum, bu Məkkə müşriklərinə) de: 'Əgər duanız( ibadətiniz) olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar? ( Furqan-77)


İnsanın daxilindən gələn dua hissi bəndəçılık, Allaha qul olmağın təsirindəndir. İnsan öz duası ilə Allah hakimiyyətinin bayrağı altında olduğunu etiraf etmiş olur. Fərq etməz kim üçün dua edəsən.Əksinə mömünün digər bir mömün üçün dua etməsi, yaxud valideynin, ustadın bir övlad üçün etdiyi dua, yaxud bir məzlumun etdiyi dua ərşi titrədər deyə buyurmuşlar.
 
Mərhum Ayətullah Behcət iltiması duanın (İltimasi-dua birinin digərindən onun üçün dua etmək istəməsinə deyilir) əhəmiyyətinə toxunaraq belə diqqətə çatdırır: 

Allah Təala hz. Musaya buyurdu: Günah etmədiyin bir dillə dua et ki müstəcab olsun!

Musa (ə) dedi: necə?

Allah Təala buyurdu: Başqalarına de ki səni dua etsinlər. Çünki sən onların dili ilə günah etməmisən!

Mərhum Ayətullah burada iki məsələyə- Duaya və insanların bir-biri üçün dua etməsinə işarə edərək hər ikisinin əhəmiyyətinə toxunur. Dua, dediyimiz kimi Allah Təalanın müqəddəs adlarını özünə sipər etməyi öyrədir. İltimasi dua isə insana özü üçün istədiklərini başqası üçün də istəmək mədəniyyətini təlim edir. Həmçinin insana paxıllıq, həsəd, mənim olsun və bu kimi qəlbi rəzillklərdən xilas olacaq gücü verir. İltiması dua edən kəs həm özünü, həm də başqalarını Allah Təalanın rəhmət çətiri altına çəkmiş olur. Ona görə deyirlər ki başqasının sənin haqda etdiyi duası sənin öz duandan daha tez qəbul olar./Y.Nuriyev

baxılma sayı: 301