Namazın savabını artıran bir neçə göstərişlər:

1-Namazda azan və iqamə demək səbəb olar ki, namaz qılanın arxasında çox saylı iki cərgə mələklər onunla birlikdə namaz qılsınlar,  “Mənbə Səvabul –Əmal kitabı, səh: 72


2-Kamil rükü edəndən Allah-Taala (c.c) qəbr əzabını götürər, “Mənbə Səvabul –Əmal kitabı, səh: 73

3-Namazda əqiq üzük taxmaq, Namazda əqiq üzükdən istifadə etmək həmin namazın dəyərini iki min savaba çatdırar. “Mənbə, İddətül-Dai kitabı, səh: 220”

4-Namazdan öncə dişi misvaklamaq,  Dişi fırçalanmış halda iki rəkət namazın dəyəri dişi təmizləməmiş namazın yetmiş rəkətindən artıqdır... (Qəbul və ya savab baxımından) Mənbə, Şeyx Səduqun Mən La Yəhuzuruhul fəqih kitabı,

5-Namazda Qədr surəsini oxumaq, Vacib namazların birində Qədr surəsini oxumaq günahların bağışlanmasına səbəb olar. Mənbə: Səvabul-Əmal kitabı, səh: 268.

6-Dəstəmaz alarkən müstəhəb niyyəti ilə burun və ağızı su ilə yaxalamaq, Hər kəs namazdan öncə boğaz və burnunu su ilə təmizləmək fikrilə yaxalayarsa o şəxsin günahı təmizlənər və şeytana qələbə çalar. Mənbə:  Mənbə: Səvabul-Əmal kitabı, səh: 43

7-Namaza hazırlaşarkən ətir vurmaq, hər kəs namaza ətirli gələrsə onun ibadətinin dəyəri 70-ə hesab edilər. Mənbə: Səvabul-Əmal kitabı, səh: 120

8-Hər vacib namazdan sonra Həzrət Zəhranın (ə.s) təsbihini demək, İmam Sadiqdən (ə) nəql edilən hədisə əsasən hər kim hər namazdan sonra Hz Zəhranın (ə.s) təsbihini deyərsə Allah-Taala (c.c) onun bir namazını min rəkət dəyərində hesaba gətirər. Mənbə: Fəllahul-Saleh kitabı, səh: 155./namaz.ge

 

baxılma sayı: 249