Mömin şəxsin bu dünyada 4 köməyə ehtiyacı var!

Möminin dünyada 4 şeyə ehtiyacı var:

İmam Sadiq (ə) buyurur: Bir mömin gərək bu 4 şeyə sahib olsun:

1-Geniş evi olsun,

2-Yaxşı miniyi olsun,

3-Gözəl geyimi olsun,

4-Aydınlaşdıracaq işığı olsun.

 

Bir şəxs soruşdu Ey Allah Rəsulunun övladı! Bizim ki yoxdur nə edək?

Həzrət İmam Sadiq (ə) cavabında buyurdu: Bu hədisin batini mənası da vardır:

 

1-Geniş evdən məqsəd səbirdir ki, insanın böyük qəlbli olmasının göstəricisidir,

2-Ən yaxşı minik elə insanın əqlidir ki ölçülmüş addımlar atsın,

 

3-Ən yaxşı paltar, insanın həyasıdır, Allahın haramlarına qarşı utansın,

4-Aydınlaşdıracaq işıq isə Adəm övladının elmidir ki, elmin nəticəsi Allaha bəndəlik olunar.

Mənbə: Üsuli Kafi kitabı, cild:6./sualcavab.

baxılma sayı: 311