Saleh bəndələrin rastlaşdığı çətinlik və bəlalar!

İnsanın yaşam mərhələləri müxtəlifdir. Adəm övladı onun üçün təyin olunmuş son mənzilinə gedib yetişənə qədər ağır və məşəqqətli mərhələlər keçir


İslaminSesi.info -  İnsanın ana bətnində olması, dünyaya gəlişi və yaşamağ uğrunda çarpışmaları, axirət aləminə köçməsi və oradaki hesab-kitabı  onun qısa şəkildə həyat yolu xətdidi. Bu mərhələlərin hər birinin özünə məxsus çətinliyi və tələbləri vardır. Elə bir insan yoxdur ki, bu mərhələləri keçməsin. Bu yolda olan ağrı acını dadmasın. 

Dünya həyati insanın sakin olduğu ən mühüm və həlledici mərhələdir. İnsan bu mərhələdə daha məsul, daha qətiyyətli olmalıdır. Çünki qazanacağı əbədi rifah məhz dünya həyatına bağlıdır. Əgər insan dünyaya açıq gözlə baxsa hər kəsin pərişan və narahat olduğunu görər. Bu da Qurani Kərim təbiri ilə desək insanın yaradılış qayəsindən xəbər verir: “ Hansınızın əməlcə daha gözəl olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan odur”. (Mulk-2)

Bəla və çətinliklərin hikməti barəsində böyük islam alimləri mötəbər və dəyərli sözləri vardır.” Şəhid Mürtəza Mütəhhər buyurur: Təzad və keşməkeşlər təkamülü yolunu açan vasitələrdir. Hər bir diri canlı bu vasitələrlə özünü kamalata götürür”. İnsan çətinliklərə səbr etdikcə, bəla və imtahanlar müqabilində dik durduqca sanki ruhən və mənən böyüyür. Allah Təala onun səbri və gostərdiyi  əzim qarşılığında ona mətanət və dirayət bəxş edir. Bu da öz növbəsində insanın kamilliyinə xidmət edir. Bu səbəbdəndirki, hər kəsin imtahan və bəlalardan aldığı əvəz, həmən kəsin təlaşlı qədərdir buyurub dahi şəxsiyyətlər.

 

“ İmanı çox olanın çətinliyi çox olar ” buyurulub hədislərdə(Usul Kafi-imtahan və bəla babı). İnsan daima böyüməyə ( təkamül) ehtiyacı olan varlıqdır. Qarşısına çıxan hər bir çətinliyə iman gücü ilə sinə gələn insan adım-addım iman mərhələsində irəliləyir. Geridə qoyduğu mərhələ artıq onun üçün asan görünür. Amma o kamillik yolunda irəliləməlidir, yeni təkan verici amillərə ehtiyacı vardır. Necə ki, Ustad Mütəhhəri bəla və çətinkiləri kamillik yolunu açan təzad və keşməkeşlər adlandırıb. Hər kəs öz zəhmətinin və səyinin bəhrəsini görər. Hər kəs hadisələr müqabilində  öz təlaşı və aramlığı qədərində bəhrə aparar.

Y.Nuriyev

baxılma sayı: 248