Ruzimiz gələn məkanların bərəkətləşməsi üçün mühüm ayə və zikr

Dua insanın Allah Təala ilə söhbəti və münacatıdır. Bəzən insan üçüncü şəxs olmadan öz rəbbi ilə razu-niyaz edir. Bu an insanın qəlbinin aram və rəbbinə ən yaxın olan anıdır. O bu zaman rəbbini xitab edir. Bəzi dualar və zikirlər də vardır ki, məsum Peyğəmbər (s) və imamlardan (ə) bizə tövsiyyə olunub. Bu zikirlərin də özünə məxsus təsiri və bərəkət vardır.


İslaminSesi.info - Ailənin, evin bərəkətli olması, ticarətin qazanclı olması üçün buyrulub:  Hər kim Hədid surəsinin 28-29 ayələrini tam inam və ixlasla oxusa evi və dükanı xeyir-bərəkət tapar. 

Həmçinin hədislərdə malın və evin xeyirli bərəkətli olmasını Allahdan istəməyimizi və Casiyyə surəsinin birinci ayəsindən altıncı da daxil olmaqla oxumaq tövsiyyə olunub. 

 

Həmçinin hədislərdə ruzi bərəkət üçün momünlərdən belə zikr etmələri tövsiyyə olunub:

"Bismillahir-rəhmanir-rəhim. Allahummə inni əsəlukə ya qəribəl-fəthi vəl-fərəci.Səhhilil –fəthə və-fərəcə.Ya fəttahul -fəthi vəl-fərəci. Ya miftahul-fəthi vəl-fərəci.Ya sadiqəl-fəthi vəl-fərəci. Ya raziqəl- fəthi vəl-fərəci. Ya mufəttihəl-əbvab."

Kim rəbbindən bu ayə və zikirlə istəsə, Allah onun evinə, malına, ticarətinə bərəkət verər./Y.Nuriyev

baxılma sayı: 289