Əsr namazı nə zaman qəzaya düşür?

Cavab: Namaz vaxtları məxsusi və müştərək olmaqla iki hissəyə bölünür. Məxsusi vaxt yalnız müəyyən namaza aid olan vaxtdır, həmin vaxtda başqa namazı qılmaq olmaz. Zöhr namazının məxsusi vaxtı zöhr azanından başlayır və dörd rükətlik namaz qılmaq üçün bəs edəcək qədər davam edir. Əsr namazının məxsusi vaxtı məğrib azanına 4 rükətlik namaz qılmaq üçün bəs edəcək qədər qalan vaxtdır. Bu ikisinin arasındakı vaxt isə zöhr və əsr namazlarının müştərək vaxtıdır.

 

Beləliklə, zöhr namazının məxsusi vaxtı bitəndən sonra ta məğrib azanına kimi əsr namazını qılmaq olar. Üzürlü səbəbdən bu müddət ərzində namaz qıla bilməyən adam məğrib azanına bir rükətlik vaxt qalana kimi əsr namazına başlaya bilər. Yəni onun namazının bir rükəti məxsusi vaxta təsadüf etsə, namazı düzgündür. Lakin namazı qəsdən bu qədər təxirə salmaq bəyənilmir.

baxılma sayı: 128