Nə üçün şiələr azan deyilən kimi ara vermədən namaza başlayır, sünnilər isə ...

Cavab: Onların səbr etməsi nafilə namazının qılınması və namaz qılanların camaat namazına toplanması üçündür. Şiələr də nafilə namazı qıldıqda bu namazdan sonra vacib namazı qılırlar. Ümumiyyətlə, sünnə əhli namazın şəri vaxtına kifayət qədər diqqətlidir.
İmam Sadiq (ə)-a sual verdilər ki, sünnilərin azanı ilə namaz qılmaq olarmı? İmam (ə) buyurdu: "Bəli, onlar namazın vaxtına çox diqqətlidirlər.”(Vəsailüş-şiə”, c. 5, s. 378, bab 3, hədis 1.)

Bununla belə, azan deyilən kimi namaz qılmaq olar, çünki azan şəri vaxtda deyilir. Sübh və günorta azanlarından fərqli olaraq, axşam (şam) azanına münasibətdə şiələr və sünnilər arasında ixtilaf var. Sünnilərin nəzərincə, şam namazının və iftarın vaxtı günəş batanda çatır. Ona görə də günəş batan kimi azan deyirlər. Amma şiə fəqihlərinin nəzərincə, günəş batandan sonra şərqdəki qızartı insanın başı üstən keçdikdən sonra azan vaxtı olur. Beləcə, sünnilər şam azanı dedikdə biz namaz qıla bilmərik. Onların azanından təqribən 12 dəqiqə sonra namaz qılıb, iftar edə bilərik./ixlas.

baxılma sayı: 1332