Namazları birləşdirib qılmaq olarmı? İmam Sadiq (ə) cavab verir

Bir kişi iki namazı bir-birinin ardınca, səbəb olmadan belə, qılınması haqqda İmam Sadiqdən (ə) soruşdu. İmam belə cavab verdi: “Rəsulullah artıq bunu etmişdir və istəyi də bu oluşdur ki, ümmətini bu əməllə rahat etsin” (“Vəsailüş-şiə”, cild 2, səhifə 161).

İmam əmir əl-muminin Əli (ə) buyurmuşdur: “Bəzi şeylər kasıblığa səbəb olar, bəzi işlər isə sərvət gətirər... Kasıblığa səbəb olan işlər... şam (məğrib) və xiftən (işa) namazları arasında yatmaq... və sairədir. Amma var-dövlət və ruzi gətirən işlər isə... zöhrlə əsr, məğriblə xiftən namazlarını birlikdə qılmaq və sairədir”

baxılma sayı: 564