Xəlq olunmuşların ən güclüsü ... Sədəqə verən şəxs...

Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, Allah yeri xəlq edir, titrəməyə başlayır. Dağları xəlq edir ki, onu saxlasın. Mələklər deyir ki, Allah dağdan güclüsünü xəlq etməmişdir.
Allah dəmiri xəlq edir, deyirlər ki, dəmir güclüdür. Atəşi yaradır ki, dəmiri əritsin. Ondan sonra suyu xəlq edir ki, atəşi cilovlasın. Sonra küləyə əmr edir ki, suyu öz yerində qərar versin.


Bu xəlqlərdən sonra mələklər nəyin güclü olduğunu bilmədilər. Dedilər: “Allah Təaladan soruşaq ki, Allahın xəlq etdiklərindən hansı şey daha güclüdür?”.
Allah buyurdu: “O zaman ki, insan sağ əli ilə sədəqə verər və sol əli bundan xəbərdar olmaz - heç bir xəlq edilmiş ondan güclü olmaz”./ Deyerler.

baxılma sayı: 175