Namaz-insan üçün islahedici bir müəssisəni xatırladır!


Namazın insana təsirini və insan düzəldən necə bir zavod olmasını aydınlaşdırmaq istərdik. İslam Peyğəmbəri həzrət Məhəmməd (səllallahu əleyhi və alihi və səlləm) buyurmuşdur:
“Namaz dinin sütunudur. Əgər qəbul olunsa, başqa əməllər də qəbul olunar, rədd olunsa, sair əməllərin heç biri qəbul olmaz.” (“Mən la yəhzuruhul fəqih”, 1-ci cild, səh. 208, hədis 626.)


Namazın düzgünlük şərtlərindən biri qəsbi (Yəni, ixtiyarında olmayan bir şey.) şeydən çəkinməkdir. Yəni əgər namaz qılanın paltarı, yaxud məkanı, yaxud dəstəmaz aldığı su və s. qəsbi olsa, qıldığı namaz batildir və mötəbər deyil. Qəsb olunmuş şey namaza münasibətdə odla pambığın misalındadır. Od pambığa yaxınlaşdıqda onu kül etdiyi kimi qəsbi paltarla namaz qılmaq da namazı batil edər. 


Buna görə də namaz qılan şəxs qəsb olunmuş şeydən ciddi surətdə çəkinməli və namaza aid şərtləri halal yolla yerinə yetirməlidir. Bu məsələ insanların hüquqlarına təcavüzün (oğurluq, rüşvət, riba, xəyanət və s.) qarşısını alır. Əgər yuxarıda deyilən bu bir şərtə (qəsb olunmuş şey) riayət olunsa, cəmiyyətin islahı üçün çox xeyirli olar. 
Namazın düzgünlük şərtlərindən biri də təharət məsələsidir. Məlumdur ki, gigiyenik qaydalara riayət etmək insanın hər növ mikroblardan təmizlənməsinə səbəb olar. 


Başqa bir şərt namazqılanın gözəl əxlaqa yiyələnməsi və rəzil (alçaq) sifətlərdən uzaq olmasıdır. 
Bir sözlə, kamil namaz o namazdır ki, insan onun boynunda olan vəzifələri öyrənməklə bərabər, onları düzgün surətdə yerinə yetirsin. O, hər nə qədər öz vəsifəsindən uzaqlaşsa, bir o qədər də namazının dəyəri aşağı düşəcək.

baxılma sayı: 109