Kəbirə günahı necə tanımaq olar?

Mərhum Şeyx Ənsari ədalət risaləsində beş yol göstərir:

 

Birinci yol: Mötəbər rəvayət; bu rəvayətdə bildirilməlidir ki, günah böyük günahdır. (Həmin kitabın ikinci fəslində müəyyən rəvayətlər və onların tərcüməsi verilmişdir.)

İkinci yol: Аyə və ya mötəbər rəvayət; məsələn, bir günah haqqında deyilir ki, Allah-tәala bu günaha yol verən üçün cəhənnəm əzabını vacib etmişdir.

Üçüncü yol: Allah-tәala Qurani-məciddə müəyyən günaha yol verən üçün əzabın qəti olduğunu bildirir. Həzrət Əbdül-Əzimdən ikinci rəvayətdə həmin ayələrə işarə olunur. 

Dördüncü yol: Ağıl və nəql yolu; ağıl və ya nəql təsdiqləyir ki, bir günah hansısa böyük günahdan daha ağırdır.
Məsələn bildirilir ki, möminin arxasınca danışmaq, onun qeybətini etmək zinadan ağırdır. Uyğun bəyanatdan anlaşılır ki, möminin arxasınca danışmaq da kəbirə günahdır. Heç bir rəvayətdə qeybətin kəbirə günah olduğu bildirilməsə də, onun zinadan ağır olması ilə bağlı bəyanat kəbirə günah olduğunu göstərir.
Başqa bir misal: Heç bir rəvayətdə müsəlmanların kafirlərin xeyrinə casusluğu böyük günah kimi qeyd olunmur. Amma rəvayətlərdə bildirilir ki, savaşdan qaçmaq kəbirə günahdır. Ağıla əsasən belə bir nəticə çıxarırıq ki, casusluq fərarilikdən daha zərərli olduğu üçün o da kəbirə günahdır.
Bir tikə çörəyə və ya bir neçə günlük rəyasətə xatir düşmənlərdən pul alıb onlara gizli məlumatlar ötürmək necə də pisdir. Bunun səbəbi dinsizlik, imansızlıq, nütfənin pak olmamasıdır. Bu qəbil günahlardan Allaha pənah aparaq. Qiyamət günü belələri üçün ağır cəza var.

Bеşinci yоl: Hәmin günаhа görә şаhidlik hаqqındаn mәhrum еdilmәk. Əgər bir günaha görə günahkarın şəhadəti qəbul edilmirsə, demək həmin günah kəbirə günahdır. Bəzi günahlara yol vermiş insana iqtida etməmək tapşırılır. Məlum olur ki, həmin günah böyük günahlardandır.
Rəvayətdə nəql olunur ki, ağvalideyn insana iqtida etmək olmaz. Bu qadağadan məlum olur ki, valideyni incitmək kəbirə günahlardandır. Hansı ki, heç bir rəvayətdə ağvalideynliyin böyük günah olması göstərilməmişdir./nur-az

baxılma sayı: 241