Məşhur Bişri Hafi əhvalatı

Bişri Hafi İmam Kazım (ə) ın zamanında yaşayan bir şəxs olub. İmam Kazim bir Bişri-Hafini bir sözlə necə Allah yoluna gətirdi
İslaminSesi,info - Hədislərdə buyurulur ki, Allah bir kəsə xeyir vermək istəsə onun qəlbini haqqa yönəldər, qəlbini və zehnini həqiqətləri görüb, dərk etmək üçün açıq edər. Həqiqətən də insanın Rəbbinə tərəf yönəlməsindən, öz yaradılışı hədəfinə doğru düzgün yol alabilməsindən,  Allahı tanıma şərəfinə nail ola bilməsindən üstün bir dəyər yoxdur.

Allaha yaxın olan, onun buyurduğu yola müvəffəq olan, sadəcə bəndəlik etməyi bacaran insanları müxtəlif adlarla, müxtəlif sifətlərlə vəsf edirlər. Halbuki onlar sadəcə bəndəlik etdiklərini deyirlər.

Bu şəxsiyyətlərdən biri də Bişri Hafidir. Hafi əyaqyalın mənasındadır. Çünki o öz həyatında baş verən önəmli dönüş nöqtəsindən sonra ayaqyalın gəzib. Bu səbəbdən o böyük şəxsiyyətə Hafi ləqəbi veriblər.

Əhvalatda qeyd edilir ki, bir gün Həzrəti İmam Kazım (ə) böyük bir evin qarşısından keçırmiş. İcərdən gələn səs-küy, çalıb-oynamaq, musiqi səsləri İmamın (ə) diqqətini çəkir. Bir anlıq ayağını saxlayır. Bu zaman zibil atmağa çıxan xidmətçini görür və soruşur:

Ey kəniz bu evin sahibi azaddır, yoxsa qul?
Kəniz: Əlbəttə azaddır Ağa! 
İmam: Əlbəttə qul olsaydı öz Mövlasından (rəbbindən) qorxardı.
Kəniz evə qayıdanda Bişr niyə gecikdiyini soruşdu. Kəniz də olanları eyni ilə danışır. Bişrin nitqi tutuldu, rəngi qaçdı, birdən süfrədən sıçrayıb İmamın ardınca qaçır və o Həzrətə yetişib üzür istəyir, keçirdiyi həyat tərzinə tövbə edir. 

O ğündən Bişr ayağına ayaqqabı geymir. Səbəbini soruşan olanda “O gün heçvaxt yadımdan çıxmasın” deyə cavab verərdi. Hətta deyilir ki, Bişr sağ olduğu müddətdə kəndə olan heyvanlar heçvaxt küçəyə öz sidik və fəzlələrini axıtmazdılar. Bişrin ölüm xəbərini ilk dəfə bir çoban başa düşür. Birdəfə heyvanları kəndə qaytarıb gətirəndə heyvanlar küçəni batırır. Çoban bunu ğörüb qışqırır: Ay camaat! Bişr öldü! Camaat Bişrin evinə qaçır və həqiqətən onun öldüyünə şahid olurlar.

Həqiqətən Allah, sadiq bəndələrini dünya və axirətdə izzətli və şərəfli edər:

Halbuki izzət (şərəf, şan, qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər! (Münafiqun-8)./Y.Nuriyev

baxılma sayı: 209