Həqiqi İxlası qorumağın yolu üçdür!

Əməllərdə ixlası qorumaq üçün bu üç məsələyə diqqət etmək lazımdır: 
1. İxlası qorumağın yollarından biri budur ki, özünə təlqin edəsən ki, Allahın sənin ibadətlərinə ehtiyacı yoxdur. Bizə verdiyi bu göstərişlərin hamısı ona görədir ki, kamala çataq, əbədi səadətimiz təmin edilsin.

2. İxlası qorumaq üçün, yaxşı əməli görməzdən əvvəl və sonra insan nəfsani istəkləri və şeytani vəsvəsələr ilə mübarizə aparmalıdır. Yəni, insan böyük cihadın – nəfslə mübarizənin səngərində olmalıdır. Saleh əməlinin şeytan tərəfindən məhv edilməsinə imkan verməməlidir. Niyyətinin ixlaslı olmasına diqqət etməlidir. Şeytan (lən) istəyir ki, insan yaxşı əməl edə bilməsin. Bu yolda məğlub olan zaman çalışar ki, həmin ixlaslı əməli xarab etsin.

3. İxlası qorumağın yollarından biri də budur ki, insan öz xeyir əməllərini unutmalıdır. Sanki onu yerinə yetirməmişdir. Ancaq öz nöqsanlarını həmişə yadında saxlamalıdır.

baxılma sayı: 205