Camaat namazı və onun hədislərdə əhəmiyyəti

Camaat namazı bir daha İslamin içtimai vəhdətə verdiyi əhəmiyyətin göstəricisidir.
İslaminSesi.info- Namaz dinin zəruru hökümlərindəndir. Namazı tərk etmək demək olar ki, insanı dinin əsaslarından və islamı həyat tərzindən uzaqlaşdırır. İnsan gündəlik namazları ilə həyatını İlahı  göstərişlərə uygun nizamlayır. Camaat namazı da bu cür əhəmiyyətə malikdir. Müsəlmanlar camaat namazını qorumaqla ictimai birliyi, vəhdəti qoruyur, bir-birlərini tanıyırlar. Beləcə insanlığın zərurətlərindən olan ünsiyyəti diri tuturlar.
 
Həmçinin caamat namazı dünyəvi xidməti ilə bərabər insana İlahi savab və mükafat da qazandırır. Hədislərə əsasən camaat namazının savabının miqdarını hesablamağda mələklər belə acizdir.
 
Allah Rəsulu (s) buyurub:
Camaat namazının fəziləti fərdin tək namazından 25 dərəcə üstündür.
 
İmam Rza (ə) buyurub:
Allat Təala camaat namazını qərar verib ki, ixlas, tohid, islam, ibadətlər əyan və zahir olsun və yayılsın.
 
Allah Rəsulu (s) buyurub: Hər kim 40 gün camaatla namaz qılsa onun heç bir təkbirətul-ehramı ( dediyi Allahu Əkbər kəlamı) zay olmaz. Ona iki bəraət: oddan və nifaqdan bəraət nəsib olar.
 
Allah Rəsulu (s): Camaat namazında öndə durmaq Allah yolunda cihada bərabərdir.
 
İmam Baqir (ə): Bir kəs əzanı eşidə heç bir üzür olmadan camaat namazına getməyə namazı qəbul deyil.
 
Allah Rəsulu (s):  Əgər camaat namazında iştirak etməyən biri barədə səndən soruşsalar de: Mən onu tanımıram.
 
İmam Həsən (ə) buyurub:  Məscidlərə getmək insana yeni qardaşlar tanımağa vəsilə olur./Y.Nuriyev

baxılma sayı: 195