Bu xislət səndə varsa demək imanın var!

Biz insanı ən gözəl biçimdə yaratdıq! (Tin-4).
İslaminSesi.info- İnsan fak zatda, pak fitrətdə yaradılmışdır. Onun daxılındə məbuda doğru meyl vardır. Mümkündür insan zahirən inkar əhli olsun. Dilində və düşüncəsində müxalif olsun. Allahdan qeyrisinə pərəstiş etsin.  Bu onun yalnış istiqamət almasının göstəricisidir. Amma hər halda qəlbinin, ruhunun dərinliyində vəsf edilə bilməyən bir kökə, qüvvəyə bağlılğı vardır. Bu onun İlahi fitrət üzrə yaradılışının göstəricisidir.
 
İnsan yaxşını və pisi ümümi şəkildə fitrətən tanıyır. Yaxşı işlərin müqabilində rahatlanır, sevinir, pisliklər müqbilində narahat və gərgin olur. Bu o deməkdir ki, insan ruhən Ali varlığa bağlıdır və bu bağlılığ onun imanıdır. Allah Rəsulu (s) buyurub:
 
“Əgər səni yaxşı işin sevindirir, pis işin kədərləndirirsə onda möminsən” (Nəhcul-fəsahə-41. Hədis-214).
 
İnsan üçün yaxşının və pisin meyarı iki meyardır: Ağıl və şəriət. Hər ikisi həqiqətin kəşfinə xidmət edir.
 
Şəriət xarici meyar olaraq Allah Təala tərəfindən peyğəmbərlərinə göndərilmiş yaşam proqramıdır. İnsan bu proqramlar üzrə yaşamalı, göstərilmiş həddi aşmamalıdır.
 
Ağıl meyarı isə fitrətindən gələn keyfiyyətdir. Əgər həqiqətən insan ağlının göstərişlərinə riaət etsə, agıl əsasında yaxşı işlər görüb, pislikləri tərk etsə bu onun fitri imanı deməkdir.
 
Əsil həqiqətdə ağılın və şəriətin mənbəyi birdir. Belə olan halda ağıl şəriəti, şəriət də ağılı təsdiq edir. Hədisin bizə söylədiyi kimi əgər pisliklər səni narahat edirsə və yaxşılıqlar səni sevindirirsə demək sən hər iki meyarda doğru istiqamətdəsən. Yaxşılıq həm ağılla, həm də şəriətlə bəyənilən, pislik isə ağıl və şəriətlə bəyənilməyəndir. Əgər əməlin və baxışın ağıl və şəriətlə uyğundursa, bu da o deməkdir Allaha iman edənlərdənsən./Y.Nuriyev
 

baxılma sayı: 401