Mütəal Allahın Quranı təlim edənə və təlim alana verəcəyi əcr

"Bu, heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır."
İslaminSesi.info - Qurani Kərim Allah Təalanın Rəsuluna (s) göndərdiyi kitabdır. Quran oxumaq, öyrənmək, öyrətmək hər kəsə vacibdir. Qurani Kərim fiqhi, əxlaqi, tarixi, əqli, əqidəvi və bir çix mövzuları özündə ehtiva edir. Bütün bunlar insanın hidayətinə, doğru yolda olmasına xidmət edir. Yəni Quranın hədəfi insanın hidayətidir. 

Quran insanı iki sahədə- elmi və mənəvi sahədə bəhrələndirir. Yəni insanı təlim etməklə bərabər ona mənəvi qida da verir. Bunlar da insanın hidayəti və mənəvi təkamülündə ən mühüm amildir. Quran oxuyan insan həm elm, həm də mənəviyyat kəsb edir. Bu səbəbdən hədislərdə Quranı təlim alan və öyrədən mədh edilmişdir.

Allah Rəsulu (s) buyurub:
Kim bir kəsə Quran öyrətsə onun ağasıdır.

Peyğəmbər (s) buyurub:
Kim Quranı öyrənə və öyrədə, sonra ona əməl edə, mən ona cənətə girməyə bələdçi olaram.

Hz. Əli (ə) buyurub:
Atanın övlad üzərində haqqı budur ki, ona yaxşı ad qoysun, gözəl ədəb və Quran öyrətsin.

Peyğəmbər (s) buyurub:
Kim buluğ həddinə çatmamış Quran oxusa ona uşaqlığında hikmət verilər.

Peyğəmbər (s) buyurub:
Əgər sizə bir fitnə yetişsə Qurandan yapışın./Y.Nuriyev

baxılma sayı: 172