Həzrəti Peyğəmbərin (s) hədisində gündəlik namazların qılınmasının 5 hikməti

Həzrəti Peyğəmbərin (s) hədisində gündəlik namazların qılınmasının 5 hikməti
Həzrət Peyğəmbər (s) buyurur:


1-Nə üçün sübh namazı qılırıq? Sübh şeytanın fəaliyyət göstərməsinin başlanğıcıdır. Hər kim bu saatda namaz qılaraq özünü Allahın rəhmətinin dağılması küləyində qərar verərsə, şeytanın şərrindən amanda olar.

2-Nə üçün zöhr namazı qılırıq? Zöhr vaxtı aləmdə hər nə varsa Allaha təsbih deyir, və çox pisdir ki mənim ümmətim Allahın zikrindən qəflətdə olsunlar. Və eləcə də zöhr vaxtı elə bir zamandır ki, cəhənnəm əhli atəşə daxil edilərlər. Elə buna görədir ki, hər kim zöhr vaxtı ibadətlə məşğul olarsa özünü cəhənnəm atəşindən qorumuşdur.
 

3-Nə üçün əsr namazı qılırıq? Əsr Hz Adəm (ə) və Həvvanın əmrə tabeçilik göstərmədiyi bir vaxtdır və biz bu vaxtda namaz qılmaqla özümüzü Allaha sabit etmək istəyirik ki, biz Allahın əmrlərinə tabeyik.
 

4-Nə üçün məğrib (şam) namazı qılırıq? Məğrib vaxtı idi ki, Allah-Taala (c.c) Adəmin tövbəsini qəbul etdi. Və biz bu vaxtda namaz qılmaqla tövbələrin qəbul olunmasının şükrünü etməyimizi bildiririk.  
 
5-Nə üçün işa namazı qılırıq? Allah-Taala (c.c) işa namazını ümmətimin qəbr aləmində rahatçılığı və aydınlığı üçün vacib etdi.”/mənbə. İləl- Əl-Şəraye kitabı, səh: 337./hazırladı: Y. Əliyev. 

 

baxılma sayı: 270