3 bəladan xilas olmağın yolları

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Üç sifət vardır ki, heç kəs ondan xilas olmaz: sui-zənn, fal və həsəd. Sizə onlara giriftar olmamağın yollarını deyəcəyəm. Nə zaman bədgüman etdin, ona əməl libası geyindirmə. Nə zaman pis fal etsən, ona heç bir etina etmə. Nə zaman həsəd aparsan, o şəxslə bağlı zülm etmə və haqqına təcavüz etmə".

Sui-zənn nədir?

Milli.Az deyerler.org-a istinadən bildirir ki, sui-zənn və ya bədgümanlıq odur ki, insan din qardaşına və ya hansısa işinə görə pis gümanlar edər. Onun düzgün olmasını ehtimal etməz. Bu, kəbirə günahdır və böhtan sayılır. Yəni, o şəxsdə olmayan eybi ona nisbət verirsən. Halbuki, Quran və hədislərimiz bizə tövsiyə edir ki, sui-zəndən çəkinək, çünki onların əksər hissəsi günahdır.
 
Həsəd nədir?
Həsəd kəbirə günah olub, insanın ədalətini aradan aparar. Həsəd aparan insan istəyir ki, paxıllıq etdiyi insanın mal-dövləti, şöhrəti və ya həsəd apardığı hər bir şeyi əlindən getsin və məhv olsun. İstər həmin nemətə özü də malik olsun, istərsə də olmasın. Həsəd adətən insanın özünü zəlil və alçaq hesab etməsindən qaynaqlanar. Başqalarını kamil hesab edir və özünü naqis. İmam Baqir (ə) buyurur:"Həsəd, atəşin odunu yediyi kimi, imanı yeyər". Həsədin çarəsi budur ki, paxıllıq etdiyin şəxsə yaxşılıqlar edəsən və sevgi göstərəsən. Onunla yaxşı rəftar edib, Allahdan onun üçün tofiq və yardım istəyəsən. Əgər ziddini yerinə yetirsən, səni tərk edər.
 
Fal demək nədir? (Pis düşünmək)
Həzrət Peyğəmbər (s) falı şiddətlə qadağan etmiş və onu şirkə bərabər tutmuşdur. Həzrət (s) buyurur: "O kəsi ki, fal demək işindən saxlayar, şirk etmiş olar". Yaxşı olar ki, insan ətrafında baş verən hər şey haqqında yaxşı düşünsün. İnsanın baş verən hadisələrə pis don geyindirməsi dinimiz tərəfindən məzəmmət olunur.
Nəticədə deyə bilərik ki, həsəd - kəbirə günahdır, sui-zən əgər zehnə girər və sonra məhv olarsa, günah deyildir. Yaxşı düşünmək bəyənilir, pis düşünmək və hadisələr haqqında pis fal demək isə şirk sayılır. 

baxılma sayı: 166