Günahın özündən də pis olan dörd xislət

İnsan yüksəldikcə yüksələ bilən, alçaldıqca alçala bilən bir varlıqdır. Bütün İlahi dinlər və peyğəmbərlər (ə) məhz insanı yüksəlişə dəvət və kiçildikcə kiçilməkdən çəkindirmək üçün Allah Təala tərəfindən məmur edilib. Allah Rəsulu (s) insanı öz şərafət məqamından aşağı salan, onu kiçildikcə kiçildən dörd mühüm mətləbə işarə edərək buyurub:
 
أربعة في الذنب شر من الذنب :الاستحقار ، والإِفتخار ، والإِستبشار ، والإِصرار
 
Dörd şey vardır ki, günahın özündən də şərrdir (pisdir):
 
Təhqir- Kimsəni təhqir etmək onun haqqını qəsb etməkdən, malını oğurlamaqdan, hətta canını almaqdan daha betərdir.
 
İftixar- Bəzən insan günah edir, haram yeyir, içki içir, əxlaqsızlığ edir, bu azmış kimi çıxıb insanlar arasında etdiyi əxlaqsızlığı fəxrlə də danışır.
 
Sevinmək- Bu günahdan sonrakı bir haldır ki, iftixara bərabər olan bir əməldir. İnsan etdiyi əxlaqsızlığı, pis əməli pəxrlə sevinə-sevinə danışır.
 
İsrar- davamiyyət mənasındadır. Bütün bu deyilənlərdən zərrəcə geri düşməmək, hətta davamına israrlı olmaq mənasındadır.
 
Deyilən bu xislətlər nəinki günah, günahın özündən də artıqdır. Çünki Rəhman Allahın günahkarı bağışlamasına ümüd var. Amma bu xislətlərə sahib olduğu halda insanın bağışlanmağından heç danışmağa dəyməz. Bu kimi düşüncə və əməllər insanı kiçiltdicə kiçildən, onun zatı dəyərinə kölgə salan işlərdir./Y.Nuriyev

baxılma sayı: 233