Hətta Peyğəmbərin (s) şəfaəti bu günahı silməz!

Ustad Qiraətinin dərslərindən
 
“Allah Təala Quranda buyurur: “Rəğbətlə sədəqə verən və müstəhəb sədəqələr ödəyən möminlərə və (Allah yolunda xərcləmək üçün) yalnız imkanları miqdarında tapanlara sədəqələri barədə irad tutanları (varlı və yoxsul möminlərə sədəqə vermələrinə görə tənə vuranları) və onlara məsxərə edənləri Allah məsxərə edir və onlar üçün ağrılı bir əzab olacaqdır. Onlar üçün bağışlanma dilə, ya bağışlanma diləmə (birdir), əgər onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allaha və Onun Peyğəmbərinə kafir oldular. Allah fasiq dəstəni hidayət etməz”. (“Tövbə” 79-80).
 
Allah Təala bu ayələrdə buyurur ki, ey Peyğəmbər! Əgər onlar üçün 70 dəfə istiğfar etsən də, Mən onları bağışlamayacağam.
Bəs bu nə günahdır ki, hətta Peyğəmbərin (s) günahkar üçün istiğfarı da belə, ona təsir edə bilmir? Bu günah – mömini məsxərə etməkdir.
Yəni, sən elə adamsan ki, əgər mömin namaz qılırsa onu məsxərə edirsən, sözlərini məsxərə edirsən, təqvasını məsxərə edirsən. Qızcığaz hicabına riayət edəndə, onu məsxərə edirsən.


 
Ona görə də Allah buyurur ki, ey Peyğəmbər! Əgər sən bu kimi insanlar üçün tövbə istəsən də belə, Mən bu tövbəni qəbul etməyəcəyəm. Çünki onlar ən böyük günah olan mömini məsxərə etmək günahına düçar olurlar.
Ona görə gərək ehtiyatlı olaq ki, bu ayənin buyurduğu kəslərdən olmayaq: “İnsanlarda eyb axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına”. (“Huməzə” 1)./Deyerler

baxılma sayı: 129