Atam namaz qılmır nə edə bilərəm?

Sual: Artıq bir neçə ildir ki namaz qılıram. Atam çox gözəl xəsiyyətli bir insandır. Onun da namaz qılmasını istəyirəm. Hər dəfə söz açınca söhbəti başqa tərəfə çəkir. Nə edə bilərəm?

Cavab:

Namaz qılmayan bir insan üçün edilə biləcəkləri bu şəkildə sıralaya bilərik:

1- Sözünüzü dinləyə biləcək biri isə, qürur damarına toxunmadan arabir namazdan bəhs edərsiniz.Əsla kobudluq etməməli, onu bu işə məcbur etməməlisiniz.

2-Hər şeydən öncə ona qarşı xoşrəftar olmalisiniz. Sizin ədəbli davranışınız, ibadətlərlə qazanmış olduğunuz xarici görkəm ona təsir edə bilər.

3-Onun qarşısında namazınızda qeyri-ciddiliktən uzaq olmalısınız

4- Namazla əlaqəli kitab oxudar və vəz-nəsihət dinlədə bilər, varsa film seyr etdirə bilərsiniz.

5 - Ona təsir edə biləcək, sözünü tuta biləcək insanlara tənbehlədər, onların valideynizi irşad etməsini
xahiş edərsiniz. Bəzən elə olur ki, başqası sizdən daha təsirli olur.Ətrafınızdaki namz qılan insanlarala bərabər oturub-qalxarsa zamanla təsirlənə bilər

6- Nəvələri vs. varsa onlara babalarının yanında namaz qılmalarını təmin və tənbeh edərsiniz.

7- Yalvara yalvara həm özünüz və həm də tanıdıqlarınıza dua etdirərsiniz

baxılma sayı: 23