Peyğəmbirimizin (s.ə.s) namaz haqqında hədisləri

 
 
1. Namaz dinin bünövrəsidir.
2. Ürəklə qılınmayan namaz Allah yanında qəbul olmur.
3. Əgər namaz adamları mərdimazardan və pislikdən çəkindirə bilmirsə, onda həmin adamların Allahdan uzaqlaşmaqdan başqa yolu yoxdur.
 
4. Şübhəsiz ki, üç dua müstəhəb (qəbul) olur: məzlumun , müsafirin və atanın övladı barədə.
5. Xəlvətdəki bir dua , aşkardakı yetmiş duaya bərabərdir.
6. Əzanla (namaza çagirişla) iqamə arasındaki oxunan dua rədd olmur, qəbul olur.
 
7. Dua möminin silahıdır.
8. Misvakla dişləri təmizləyib iki rükət namaz qılmaq dişləri təmizləmədən yetmiş rükət namaz qılmaqdan üstündür.
9. Allahdan xəbəri olanın iki rükət namazı Allahdan xəbərsiz min rükət namazdan üstündür.
10. Behiştin açarı namazdır. Namazın açarı isə dəstəmaz.
 
11. Namazi ayaq üstə qılın, imkan olmadıqda oturmuş halda , o da mümkün olmasa, bir böyrü üstə.
12. Hər mömində bu üç şey: zəhmətlə dəstəmaz almaq, qaranlıqda məscidə getmək və acları yedirtmək olarsa, Allah ona öz kölgəsindən baçqa, Ərşin kölgəsi altında da sığınacaq verər. 

baxılma sayı: 144