Namaz qılmayan adam cənnətə düşə bilərmi?

Namazı tərk etmək varlığın yaradanı ilə rabitəni kəsməkdir. Bu iş dünya və axirətdə acı aqibətlə sonuclanır. Qiyamətdə behişt əhli cəhənnəm əhlindən soruşar: “Sizi cəhənnəmə nə göndərdi?” Onların verdiyi cavablardan biri budur: “Biz namaz qılanlardan deyildik.” (“Muddəssir” surəsi, ayə 42.)


Başqa bir yerdə namaza səhlənkar yanaşan, etinasızlıq göstərən, gah qılıb, gah qılmayan namaz əhlinə deyilir: “Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər.” (“Maun” surəsi, ayə 4 və 5.)


Allahın rəsulu (s) buyurur: “Namazı bilərəkdən tərk edən şəxs dindən xaric olur.” (“Muhəccətul-bəyza”, 1-ci cild, səh.301.) “Namazın tərki İslamla küfr arasında sərhəddir.” (“Nəhcül-fəsahə”, 1098-ci cümlə.)

baxılma sayı: 175