Məhəmməd Peyğəmbərdən (s.a.s) kəlamlar

 
Məhəmməd Peyğəmbərdən (s.a.s) kəlamlar

* Allah hüznlü qəlbi sevər.

* Allah sizin nə xarici görünüşünüzə baxar, nə də mallarınıza baxar. Amma o sizin qəlbinizə və işlərinizə baxar.

* Allaha və axirət gününə iman edən kimsə qonşusuna əziyyət etməsin.

* Bir anlıq təfəkkür min ilin ibadətindən xeyirlidir.

* Bir ata uşağına gözəl tərbiyədən daha yaxşı miras qoymaz.

* Bir gün birisi ilə dost olduğunuzda, sabah onun bir düşmən ola biləcəyini unutmayın.

* Dəstəmaz üzərinə dəstəmaz, nur üzərinə nurdur.

* Bir insanın gərçək zənginliyi onun bu dünyada etdiyi yaxşılıqlardı.

* Bizi aldadan bizdən deyildir.

* Cənnət anaların ayaqları altındadır.

* "Daha vaxt var qabaqda, edərəm" demək şeytanın möminlərin qəlblərinə buraxdığı vəsvəsədir.

* Dua da bir ibadətdir.

* Çörəyə hörmət edin. Çünki Allah onu dəyərli etmişdir. Kim çörəyə dəyər verərsə, Allah da ona dəyər verər.

* Əllər üç hissədir: alan əl, verən əl və tutan əl. Bunların ən yaxşısı isə verən əldir.

* Hər kim məscidə camaatla namaz qılmaq üçün gəlirsə, hər gəlişi üçün Allah ona Cənnətdə gözəl bir mükafat hazırlayar.

* İman iki hissəyə ayrılır: yarısı səbir, yarısı da şükürdür.

* İslam gözəl əxlaqdır.

* Gözəl bir söz söyləmək sədəqədir. Namaza gedərkən atdığın hər addıma bir sədəqə savabı vardır.

* Bizə qarşı silah daşıyan bizdən deyildir.

* Əgər inamınız yoxdursa, siz Allahın dərgahına gedə bilməzsiniz, necə ki bir-birinizi sevmirsiniz, siz öz inamınızı yerinə yetirə bilməzsiniz.

 * Allah elə adama böyük mükafat verir ki, o, qəzəbini göstərməyə qabil olduğu halda boğur.

* Həqiqətin əsl icraçısı  o adamdır ki, bədbəxtliyə dözümlü və incikliyi unudandır.

* Xeyir iş görməkdə inadkar olun.

* Müqəddəs o adamdır ki, xeyir görəndə Allaha təşəkkür edir, bədbəxtliyə düçar olanda isə səbrlə onu aradan qaldırır. Belələri Allah tərəfindən həmişə mükafatlandırılır.

 * Məzar əbədiyyatın birinci pilləsidir.

* Ən müqəddəs müharibə odur ki, insan özünə qalib gəlir.

* İbadət möminin ruhunu ucaltmaqla onu Allaha qovuşdurur.

* Ölüm dostları bir-birinə bağlayan körpüdür.

* Allah o adamlara mərhəmətlidir ki, çörəyini minnətlə deyil, öz əməyi ilə qazanır.

* Həqiqətən Allah adamı sevdiyi qədər də bədbəxt edə bilər.

Qadın kişinin ikinci yarısıdır.
 
Öyüd-nəsihət üç cür olur: eləsi var ki, şübhə doğurmayan həqiqətdir - ona əməl et, eləsi də vardır ki, müəmmalıdır - onların izahını Allahdan istə. 
* Möminə iki şey yaraşmaz: xəsislik və yalan danışmaq.
* Hər ağacın öz meyvəsi var, qəlbin meyvəsi də övladdır. 

* Axır zamanda çox az tapılan şey, güvəniləcək qardaş və halal yolla qazanılan puldur.

* Ata sevgisini qoru. O sevgini kəsib atarsan, Allah da sənin xoşbəxtlik işığını söndürər.

* Bəla insanın dilinə bağlıdır. Bir kimsə bir şeyi "etmərəm" dedi ki, şeytan bütün işini buraxıb onu etdirənə qədər çalışar.

* Ən böyük düşmənın iki qabırğa arasında olan düşməndir.

Kim bir mömini qəsdən öldürərsə, cəzası içində əbədiyyən qalacağı Cəhənnəmdir.

baxılma sayı: 164