Qumarxanaya get-gəl edib, amma oynamamağın günahı varmı?

Haram yerlərə getmək İslamın baxışında qadağandır, haram iş görülməsə belə: 

Ənam surəsinin 68-ci ayəsində buyurulur: «Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə oturma». Uyğun əmrə itaət etməyənlərə xəbərdarlıq olunur: «Belə məclislərdə iştirak etsəniz, siz də onların tayı olacaq, onların aqibəti ilə rastlaşacaqsınız» Nisa» surəsi, ayə 140.

Peyğəmbər (s) buyurur: Fasiqlərlə ünsiyyətdə olmaq pislik ardınca pislik gətirir.

Yəni onlarla ünsiyyətdə olduqda insanın özü də fasiq olacaqdır. 

İmam Sadiq (ə) buyurub: Möminə yaraşmaz ki, günah olan məclisdə iştirak etsin, bir halda ki, günahın qarşısını ala bilmir.

Ayə və hədislərdən aşağıdakı nəticələr çıxır:

1. Günah məclisində iştirak, günahda iştirak kimidir; 

2. Belə məclisdə iştirak edən şəxs, ya günahın qarşısını almalı, ya da həmin məclisi tərk etməlidir;

3. Belə məclislərdə sakit oturanın cəzası, günahkarların cəzası qədərdir;

4. Günaha yol verilməyən məclislərdə kafirlərlə oturmaq olar;

5. Günahkarlarla mehriban münasibət nifaq nişanəsidir. Çünki həqiqi müsəlman, ilahi hədlərin pozulduğu mühitdə rahat dayana bilməz. sual.nur-az

baxılma sayı: 309