İmam Sadiq (ə): “Ən yaxşı dost eybimi mənə deyən dostdur”

Qurani-Kərimin buyurduğuna əsasən, insan daim əmmarə (azdırıcı) nəfsin hədəfində olduğundan hər addımda büdrəmək təhlükəsi var. Bəzən insanın büdrəməsini ətrafdakılar daha yaxşı görür. Əgər insan öz danışıq və əməllərinə başqalarının gözü ilə ilə baxa bilsə, səhv hərəkətlərini daha yaxşı görə bilər. İnsan yalnız ilahi baxımdan xoşbəxt olmaq istədikdə öz eyblərini islah etmək üçün çalışır.


Fərdin və cəmiyyətin xoşbəxtliyi eyblərin tanınması və onların aradan qaldırılması üçün təlaşlardan aslıdır. Eyblərin tanınması fərd və cəmiyyətin eybləri tanıması ilə reallaşır. Eyblərin aradan qalxması üçün bir tərəfin xəbərdarlıq etməsi, qarşı tərəfin islah üçün addım atması lazımdır.


İnsanın inkişafı onun həqiqətləri görə bilməsindən aslıdır. İnsan qazandığı mərifət sayəsində dünyanı tanıyıb yol seçir. Həyatı məntiqi dəyərləndirən insan qaranlıqları yarıb, problemlərə sinə gərə bilir.


Tənqid və tənqidin qəbulu mərifətin inkişafında ən mühüm şərtlərdəndir. Tənqid etməyən və tənqidi qəbul etməyən insanın həqiqəti görüb tanıması mümkünsüzdür. Özünü əmmarə nəfsin hədəfində görən insan tənqidi qiymətli hədiyyə kimi qəbul edir. İmam Sadiq “ən yaxşı dost eybimi mənə deyən dostdur” – buyurur./HaqqYolu

baxılma sayı: 190