Bu əməl sahiblərinə tövbə çox az hallarda qismət olur

Dünyada elə işlər vardır ki, insan onu tərk etsə belə onun mənfi təsirindən xilas ola bilmir.
İslaminSesi.info - Tövbə Allah Təalanın insanlara bir lütfüdür. Allah tövbə vasitəsi ilə öz rəhmət və mərhəmətini bəndəsinə şamil edir. Günah və xəta insan övladının xilqətindəndir. Yəni insan ixtiyar sahibi və düşüncəsində sərbəst olduğu müddətcə onun xəta etməsi və səhv əməlləri olacaqdır (xass bəndələrdən başqa). Önəmli olan odur ki, insan nəticə çıxarmağı bacarsın. Ya öz əməllərindən, yaxud da başqalarının əməllərində özünü görməklə.
 
Allah Təalanın tövbə qapıları bəndələrinin üzünə daima açıqdır. Etdiyi əməllərin necəliyindən aslı olmayaraq Allah Təala həqiqi peşman olanı bağışlayır.
 
Amma elə işlər vardır ki, bunlar insanın nəinki, bağışlanmasına, hətta demək olar ki, tövbəyə müyəssər olmasına belə maneədir. Bu kimi işlər əsasən başqalarının haqqını qəsb etmək, abır aparmaq, valideynin üzünə ağ olmaq və sair kimi əməllərdir.
 
Böyük islam alimlərindən biri qeyd edir ki, ustadımdan soruşdum ki, hansı əməllər Allah Təala tərəfindən bağışlanılmır? Belə cavab vedi:
 
Ey oğul Allah şahiddir ki, indi insanlar abır aparmaqdan heç çəkinmirlər. Bir neçə günah var ki, Allah onları bağışlamır, hətta bu işi görənlər tövbəyə belə müyəssər olmurlar:
 
Birincisi namazı tərk etməkdir.
(Bu iş insanı Allahdan və dinin hökümlərinə diqətli olmaqdan saxlayır. Nəticədə din onun nəzərində lazımsız olur).
 
İkincisi ağvalideyn olmaqdır.
(Bu əməl ailə əməllərini sarsıdır. Nəticədə ictimai əxlaqsızlıq və pozğunluq geniş vüsət alır).
 
Üçüncüsü haqsız yerə adam öldürmək. 
(Bunun nəticəsində insan ölümü adiləşir. Nəticədə oğurluq, zülm, qan tökmək adiləşir).
 
Dördüncüsü başqalarının abrını aparmaq.
( Allah insanı izzətli yaradıb. O günahkar olsa belə onun abrını aparmağa heç kimin haqqı yoxdur. Bu kimi işlər insanları üz-üzə qoyur və həyanı aradan aparır).
 
Dini mətinlərə və böyük alimlərin qeydlərinə əsasən bu kimi əməllər bağışlanılmır. Hətta bağışlanılsa belə insan haqq sahibi ilə üz-üzə gəlməli, ondan hallallıq almalıdır. Mərhəmətli Allah kər kəsi bu növ işlərdən qorusun./Yaşar Nuriyev

baxılma sayı: 575