“Təkbrətul-ehram” zamanı əlləri qaldırmaq vacibdir?

Namazın əvvəlində niyyətdən sonra deyilən birinci təkbirə “təkbirətul-ehram” deyilir.
İslminSesi.info- Namaza başlayan zaman niyyətdən sonra deyilən birinci Allahu Əkbər kəlməsinə “təkbirətul-ehram” deyilir. Namazın bir neçə vacibatı vardır ki, bunların 5-i rükündür.
 
 
Namaz zamanı bu 5 rükünü qəsdən və ya səhvən artırıb azaltmaq namazı batil edir.
 
Bunlar niyyət, təkbərətul-ehram, qiyam, rüku və iki səcdədir.
 
Namaz əsnasında deyilən təkbirlər müstəhəbdir.
 
Vacib təkbir olan birinci təkbir zamanı (təkbirətul-ehram) əlləri qulaqlqra qədər qaldırmaq vacibdirmi?
 
Cavab:
 
Ayətullah İmam Xomeyni:
Müstəhəbdir ki, birinci təkbir və namaz əsnasında olan təkbirlər zamanı əllər qulaqların müqabilinə qaldırılsın.
 
Ayətullah Xameneyi:
Təkbirlər zamanı əlləri qaldırmaq müstəhəbdir.
 
Ayətullah Lənkəranı:  Müstəhəbdir ki, namazın birinci təkbirini, habelə namaz əsnasındakı sair təkbirləri deyəndə əlləri qulaqların yuxarısına qədər qaldırsın. Bunun əksi müşküldür, hətta caiz də deyil.
 
Ayətullah Sistani: Təkbirətul-ehram zamanı əlləri qaldırmamaq namazı batil etməz.
 
Ayətullah Həmədani:  Müstəhəbdir birinci təkbir və digər təkbirlər zamanı əllər qulaqların müqabilinə qaldırılsın.
 
Ayətullah Behcət: Müstəhəbdir. Gərək təkbir deyilən zaman əllər qulaqlardan və başdan yuxarı qaldırılmasın./Yaşar Nuriyev

baxılma sayı: 416