Ayət namazı və onun vacib olma şərtləri

Ayət namazı vacib namazlardandır ki, bir neçə hallarda insana vacib olur.
İslaminSesi.info- Namaz bir vacib əməl olaraq ilahi əmrdir. Allah Təala insanlardan namaz qılmağı istəlib. Bizə məlum olan budur ki, namaz həm insan həyatinin nizama salınmasında bir müqəddimədir (vasitə), yəni namazla insan həyati nizama düşür. Bəzi edilməsi lazım olmayan işlərə mane olur. Həmçinin böyük mənəvi təsirə malikdir ki, bu mənəvi təsiri hiss edənlər bilir.
 
Namaz vacib və müstəhəb olaraq qisimlərə bölünür. Ayət namazı da bu vacib namazlardan biridir. Lakin bu namaz müəyyən hallarda insana vacib olur. Gündəlik namazlar kimi özünəməxsus vaxta malik deyil. Ayət namazı aşağıdakı hallarda insana vacib olur:
 
1-Günəş tutulanda
2-Ay tutulanda
3-Zəlzələ olanda
4-İldırım və şimşək, qara-qırmızı küləklər zamanı (bu o vaxt vacib olur ki, camaatın çoxsu qorxa).
 
Ayət namazı yalnız bu hallarda insanlara vacib olur.
 
Namzın qılınma qaydasına gəlincə isə bu namazı iki cür qilmaq icazəlidir. Biri budur ki, insan niyyətdən sonra təkbir desin və bir Həmd və bir surəni tamam oxusun, rükuya getsin, rükudan qalxsın və təzədən bir Həmd və bir surə oxusun, sonra yenə rükuya getsin. Beləliklə, bunu beş dəfə təkrarlasın, beşinci rükudan qalxandan sonra iki səcdə etsin və qalxsın, ikinci rəkəti də birinci rəkət kimi yerinə yetirsin, təşəhhüd oxusun və salam versin.
 
İkinci qaydası isə budur ki, insan niyyət, təkbir və Həmddən sonra, bir surənin ayələrini beş yerə bölsün və bu cür qılsın. Hər rəkətdəki rükulardan sonra yalnız qisimlərə böldüyü surənin ayələrini oxusun. Məsələn: «Fələq» surəsində birinci «Bismillahir-rəhmanir-rəhim». «Qul ə`uzu birəbbil-fələq» – desin və rükuya getsin, sonra qalxsın və desin: «Min şərri ma xələq» – təzədən rükuya getsin və rükudan sonra qalxsın və desin: «Və min şərri ğasiqin iza vəqəb». Yenidən rükuya getsin və qalxıb desin: «Və min şərrin-nəffasati fil-uqəd». Rükuya gedib, yenə də qalxıb desin: «Və min şərri hasidin iza həsəd». Ondan sonra beşinci rükuya getsin və qalxandan sonra iki səcdə etsin.
 
 
 Sonra ikinci rəkət üçün qalxsın. İkinci rəkəti də birinci rəkət kimi yerinə yetirsin. İkinci səcdədən sonra təşəhhüd oxusun və sonra namazın salamını versin.
 
 
Əgər şəxs ayət namazının bir rəkətində beş dəfə Həmd və surə oxusa, o biri rəkətdə isə Həmdi oxuyub, surəni beş yerə bölsə, eybi yoxdur./Yaşar Nuriyev

baxılma sayı: 126