Niyə şərab içənin namazı 40 gün qəbul olmur?

Onlar ki həftənin bir gününü ibadət edər amma qalan günlərini şərab içərlər diqqətli olsunlar ki, Allah-Taala (c.c) onların əməlini başqa əməllərlə qəbul edər!

 

Hüseyn ibni Xalid nəql edir: “Həzrət Rzanın (ə) xidmətində ərz etdim: “Bizim üçün nəql edilibdir ki, Peyğəmbər (s) buyurmuşdur: “O kəs ki, şərab içər, namazı 40 gün qəbul olunmaz”. Bu hədis doğrudurmu?”.

İmam (ə) buyurdu: “Hədisi nəql edənlər doğru nəql ediblər”.

Ərz etdim: “Bəs niyə namazı 40 gün qəbul olmaz, nə az və nə də çox vaxtda deyil?”.

Həzrət (ə) buyurdu: “Ona görə ki, Allah Təala insanın xilqətini bu cür təqdir etmişdir: nütfəni 40 gündən sonra icad edər və sonra onu sonrakı mərhələyə keçirər. 40 gündən sonra ələqəyə (qan laxtasına) çevirər və sonrakı mərhələyə keçirər. 40 gün sonra muzğəfəyə (ət parçasıdır ki, üzərində yaşıl damarları olar) çevirər və bu cür son mərhələsinə qədər.

O zaman ki, insan şərab içər, şərabın qalıqları 40 gün sidik kisəsində qalar, necə ki, başqa yeyəcək və içəcəklərin qalıqları 40 gün orada qalar. O zamana qədər ki, bu qalıqlar onun sidik kisəsində qalar, namazı gərək Allah dərgahında qəbul olmasın”./Deyerler.

Qeyd edək ki, bəzən düzgün olmayan adətlər səbəbindən insan qəflət edər və namaz və dini ayinlərdən üz çevirər... 

Nə üçün dinə görə insan düşüncəsi bəyənməyən adətləri tərk etmirlər!!

baxılma sayı: 126