Hz Peyğəmbərdən (s) dünyanın həqiqəti haqda ibrətli nəsihəti

Həzrət Peyğəmbərə (s) sual verirlər: “İnsan dünyada necədir?”.

Həzrət (s) buyurur: “Ətəyini toplamış qafilənin (yəni, yola çıxmağa hazır olan karvanın) axtarışında kimidir”.

Soruşurlar: “Bu dünyada nə qədər qalar?”.

Həzrət (s) buyurur: “O kəs qədər ki, qafilədən geri qalmışdır”.

Soruşurlar: “Dünya ilə axirətin fasiləsi nə qədərdir?”.

Həzrət (s) buyurur: “Bir göz qırpımı qədər”.

 

İmam Əli (ə) buyurur: “Allah bəndələri! Sizə bu dünyadan ürəyinizi qopartmağı tövsiyə edirəm ki, sizi buraxacaqdır. Baxmayaraq ki, siz onu buraxmağa meyilli olmasınız belə. Sizinlə dünyanın məsəli müsafirin məsəli kimidir ki, bir qədər yol gedəndə sanki onu başa vurmuş kimi olarlar”.

 

İmam Baqir (ə) buyurur: “Dünya əhli müsafirdir ki, yüklərinin ipini ondan qeyrisində açarlar”. (Həvzəh)

 

İmam Əli (ə) buyurur: “Dünya əhli atlı kimidir ki, onları apararlar o halda ki, yuxudadırlar”.

 

Həzrət Əli (ə) Cəməl döyüşündən qayıdandan sonra Kufə məscidinə daxil olur. İki rükət namaz qılır və uzun bir xütbə deyir ki, orada dünyanı insanlara tanıdır. Həzrət (ə) buyurur: “Dünya və axirətin övladları vardır. Çalışın ki, axirətin övladlarından olasınız, dünyanın deyil. Çünki Qiyamət günü hər övlad öz atasına qoşulacaqdır”./Deyerler.

 

baxılma sayı: 253