İmam Sadiqin (ə) hədisinə əsasən çox yatmağın səbəbləri

Hədislərdə oxuyuruq ki, bu dörd şeyin azı yaxşıdır: atəşin azı yaxşıdır, yuxunun azı yaxşıdır, xəstəliyin azı yaxşıdır, düşmənii azı yaxşıdır.

İmam Sadiq (ə) buyurur: “Çox yatmaq din və dünyanı aradan aparar”. Çox yatmağın səbəbləri:

1. Mühit. İnsan bəzən elə bir mühitdə yaşayır ki, ətrafındakı insanlar tənbəl və çox yatandırlar. Onlarla oturub-durmaq çox yatmağa səbəb olar.

2. Məyus və ümidsiz olmaq. Bəzən insan bu dünyadan məyus və ümidsiz olur və belə hallarda insan öz dərdlərini müvəqqəti olaraq unutmaq üçün yatır və bundan çıxış yolunu ancaq yatmaqda görür.

3. Səhlənkarlıq. İnsan bəzən gündəlik işlərini müəyyən vaxta qədər təxirə salıb yatır və bu, adət halını alır. Hər gün həmin vaxtda yatmağa çalışır və bu yolla işində səhlənkarlıq etmiş olur.

4. İşsizlik. O insanlar ki, gündəlik fiziki işlərlə məşğuldurlar, heç bir zaman yuxu proqramları pozulmur. Çünki proqram üzrə yaşayırlar. Ancaq o insanlar ki, işsizdirlər və fiziki fəaliyyət görmürlər, vaxtlarının çoxunu yatmaqla tələf edirlər.

5. Psixoloji problemlər. Çox yatmaq bəzən bəzi psixoloji xəstəliklərin əlamətlərini büruzə verər. Xüsusilə də cavan və yeniyetmələr stress keçirirlərsə.

6. Çox yemək. Tədqiqatlar göstərir ki, o zaman ki, yeməyi çox yeyirik, mədəmizdə ağırlıq hiss edir və yuxulayırıq. Bu da artıq çəkiyə və tənbəlliyə səbəb olur.

7. Adət. Bəzən insan yatmağa o qədər adət edər ki, ondan xilas olmaq çətin olar. Bəli, yuxu yuxu gətirər. Ona görədir ki, İmam Kazım (ə) buyurur: “Gözünü çox yatmağa adət etdirmə ki, bədənin ən az şükredən üzvüdür”.

8. Hədəfsiz olmaq. Həyatın hədəfinə görə suallara cavab tapmadığı üçün.

9. Məsuliyyətsizlik. İnsan əgər dünya və axirətinə görə məsuliyyət hiss etməzsə, tənbəl və çox yatan olar.

Əgər Məsumların (ə) dualarına nəzər salsaq, görərik ki, onlar Allahdan ibadət və işlərində tənbəl olmaqdan uzaq olmağı istəyirdilər. İmam Kazım (ə) övladlarından birinə belə tövsiyə edir: “Tənbəllik və süstlükdən çəkin ki, onlar səni dünya və axirət nəsibindən məhrum edər”./Deyerler.

baxılma sayı: 45