Gecəni rahat yatmaq üçün tövsiyə olunan əməllər nələrdir?

Müasir zamanda yaşayan insanın nigarançılıqları çox olması səbəbindən, gecələri rahat yatmaq onun üçün bir nemət hesab olunur. İnsanlar gündəlik streslər nəticəsində rahat yuxu üzünə həsrət qalırlar. Eləcə də, müxtəlif qorxular insanı yatmağa qoymur.

Dinimiz bu əziyyət və narahatlıqlara qalib gəlmək üçün bəzi tövsiyələr vermişdir ki, onlarla tanış olaq.

İmam Kazım (ə) buyurur: “Hər kəs yatan zaman “Fatir” surəsinin 41-ci ayəsini oxuyarsa, evi başına yıxılmayacaqdır”.

İmam Baqir (ə) buyurur: “Hər kim yatan zaman qorxuya düçar olarsa, yatağına daxil olan zaman “Nas”, “Fələq” və “Ayətül-kürsü”nü oxusun”. (Tebyan)

Məsumlarımızın (ə) yatmazdan əvvəl tövsiyə etdiyi əməllər bunlardır:

1. “Təsbihati-ərbəə”ni 3 dəfə demək.

2. “Tövhid” surəsini 3 dəfə demək.

3. 14 Məsuma (ə) 14 salavat göndərmək.

4. Bütün möminlər və ölülər üçün bağışlanma istəmək.

5. Həzrət Zəhranın (ə) təsbihini demək.

6. “Ayətül-kürsü”nü, “Nas”, “Fələq”, “Kafirun” surələrini oxumaq.

7. Min namaza bərabər olan bu duanı oxumaq:

یَفْعَلُ اللهُ ما یشاءُ بِقُدْرَتِهِ وَ یَحْکُمُ ما یُریدُ بِعِزَّتِهِ

8. “Qədr” surəsini oxumaq. İmam Sadiq (ə) buyurur: “Hər kim yatan zaman “Qədr” surəsini 11 dəfə oxuyarsa, Allah 11 mələyi ona hakim edər ki, onu səhərə qədər qovulmuş şeytandan qorusunlar”./Deyerler.

baxılma sayı: 46