Övladının çətinliyi olan ata bu namazı qılsın

Şeyx Murtaza Ənsari tanınmış mərifət əhlindən olmuşdur. O kəslərin ki, övladlarında bir müşkil yaranıbdırsa, bu alimin tövsiyə ilə bu namazı qılsın.

Bazar ertəsi gecəsində 2 rükət namaz qılsın. Birinci rükətdə “Həmd”dən sonra 13 dəfə “Təkasur” surəsini və ikinci rükətdə isə “Həmd”dən sonra 11 dəfə “Təkasur” surəsini oxusun. Sonra səcdəyə gedib, Həzrət Peyğəmbərin (s) pak ruhuna 100 dəfə salavat göndərsin. Əgər duası qəbul olarsa, yenidən 400 dəfə salavat göndərsin.

Bu namazı uşağın atası qılmalıdır./Deyerler.

baxılma sayı: 208