Hz Cəbrail (ə)-ın Allaha iki rəkətli namazı 4 min ilə qılması əhvalatı

CƏBRAİLİN (Ə) NAMAZI
Bir gün Cəbrail mələk Allah dərgahında iki rükət namaz qılır. Bu iki 
rükət namazın müddəti dünya vaxtı ilə dörd min ilə bərabər olur. Cəbrail (ə) 
namazı bitirdikdən sonra, uca yaradana üzün tutub “Ey Rəbbim, yer 
üzərində Sənə ibadət edən bəndələrin arasında mənim kimi namaz qılanı 
oldumu?” – deyə, soruşur. 


Allah-taala Cəbrailə: “Bəli, oldu!” – cavabın verincə, Cəbrail 
təəccüblə bir anlıq fikrə gedir.


Allah-taala buyurur: “Bəndəmin iki rükət qıldığı namaz sənin dünya 
zamanı ilə dörd min il qıldığın iki rükət namazdan daha fəzilətlidir və savabı 
da daha çoxdur, çünki sən günahın, pisliyin nə olduğunu bilmirsən, sənin 
nəfsin, tamahın yoxdur, bunlardan uzaqsan. Amma bəndəm dünyada az bir 
zaman da olsa, dünya nemətlərindən üz çevirərək, nəfs və tamahına üstün 
gələcək. Şeytanı unudaraq qibləyə üz tutub məni zikr edəcək, “Allahu 
əkbər” deyəcək!”

baxılma sayı: 423