Cümə günü bu namazı qılan, Siratdan pərvaz edib keçər!

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim cümə günü dörd rükət namazı qılar ki, hər rükətdə “Həmd”dən sonra 51 dəfə “Tövhid” və 50 dəfə “Ayətül-kürsü” oxuyar, axirətdə Allah Təala ona iki qanad verər ki, Sirat körpüsünün üzərindən və behiştdə hara istəsə uça bilər”.

 Digər gözəl əməl barədə İmam Sadiq (ə) buyurur: “Cümə günündə heç bir əməl Muhəmməd (s) və onun nəslinə göndərilən salavatdan üstün deyildir”.
 Cümə günü sədəqə vermək baxımından da xüsusi fəzilət daşıyır. İmam Baqir (ə) buyurur: “Cümə gününün sədəqəsi, cümə gününün başqa günlərdən fəzilətinə görə ikiqat hesab olunur”.

baxılma sayı: 168