Mən sənin Peyğəmbərə (s) göndərdiyin salavatdan xəlq olundum!

Əbu Bəkr Şibli nəql edir: “Mənim bir qonşum var idi, vəfat etdikdən sonra onu yuxuda gördüm. Soruşdum: “Allah-taala səninlə necə rəftar etdi?”
Dedi: “Ey Şeyx! Böyük dəhşətlər gördüm, çoxlu əziyyətlər çəkdim. O cümlədən, “Münkir” və “Nəkir”in sualları zamanı dilim işdən düşdü. Özözümə deyirdim: “Vay, bu əzab və bəla mənə haradan yetişdi? Axı mən müsəlman idim və İslam dinində öldüm.” O iki mələk qəzəblə məndən cavab tələb etdi. Qəflətən gözəl saçlı və xoş iyli bir şəxs gəldi, mənimlə onlar arasında hayil (pərdə) oldu və mənə (cavabları) öyrətdi. Mən də onların suallarına düzgün şəkildə cavab verdim.

O (misali) şəxsdən soruşdum: “Sən kimsən? – Allah sənə rəhm eləsin! – Məni qüssədən xilas etdin!”
Dedi: “Mən sənin Peyğəmbərə (s) göndərdiyin salavatdan xəlq olundum və çarəsiz qaldığın hər zaman və hər yerdə sənin fəryadına yetmək üçün vəzifələndirilmişəm!”/ahliman.info

baxılma sayı: 63