Gecikmiş məğrib və işa namazlarımızı hansı niyyətlə qılaq?

Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin! (Bəqərə-43)
İslaminSesi.info- Quran namazın vacib olmasına işarə edərək buyurur:
 
 
Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin! (Bəqərə-43)
 
 
Namaz qılın, zəkat verin! Özünüzdən ötrü etdiyiniz xeyri Allah yanında taparsınız. ( Bəqərə-110)
 
Namaz dinin ən mühüm göstərişlərindən biridir. Həmçinin namaz dinin açarı kimi də təqdim olunur. Yəni bütün dini əhkamlar namazdan keçir. Necəki bunu özümüzdə və ətrafımızda da müşşahidə edirik. Allahın hökümlərinə yalnız namaz əhli diqqət yetirir. Namaza başlamaqla sanki isan Allahın hökümlərini icra etməyə başlayıram deyir. Namaza başlamaqla digər hökümlərə də diqət olunmağa başlayır. Həmçinin namaz digər hökümlərə qarşı diqqətli olmağı tələb edir.
 
Gündəlik vacib namazlar beşdir: Məğrib (şam), işa (xiftən), sübh, zöhr və əsr. Hər birinin də öz məxsusi vaxtı vardır. Amma bəzən elə olur ki, vaxtında çatdırıb əda edə bilmirik. Misal olaraq məğrib və işa namazını gecikdiririk. Belə olan halda vəzifəmiz nədir?
 
Sual: Gecə yarısını keçdikdən sonra məğrib və işa namazlarının niyyəti necə olmalıdır?
(Qeyd edək ki, gecə yarısı namaz təqvimlərdə qeyd olunun. Qışda təxminən 00:00 da, yayda isə 01:00 radələrində olur)
 
Cavab: Vacibdir ki, insan şam və işa namazlarını gecə yarısından əvvəl qılsın. Əgər gecə yarısından sonra qılarsa Allaha ümüd qəsdi ilə əda və qəza niyyəti etmədən qılsın. (Ayətullah Xamenei)/Yaşar Nuriyev

 

baxılma sayı: 20