Nə üçün şiələr namazda əllərini yana salır?

Şiə fiqhində sübut olunub ki, həzrət Peyğəmbər (s) və məsum imamlar (ə) namazda əllərini yana salmışlar. Əhli-beyt rəvayətlərində əlləri üst-üstə qoymaq qadağan edilir.

İmam Baqir (ə) bir şəxsə buyurur: "Əllərini üst-üstə qoyma, çünki atəşpərəstlər belə edirlər.”("Vəsailüş-şiə).Rəvayətlərdə bildirilir ki, namaz halında əlləri budların üzərinə qoymaq müstəhəbdir. Əgər bir şəxs əlləri üst-üstə qoymağı namaz qaydası bilərək belə edərsə namazı batil olar.

Bu məsələdə sünnilər arasında cüzi fərqlər də olsa, onların əksəriyyəti bu işi müstəhəb hesab edir.

"Səhihe Buxari” və "Səhihe-Müslim”də (Səhih Buxari, Kitabul əzan, səh-120, Səhih Müslim, Kitubs-səlati, səh-205, hədis 401) bu barədə cəmi bir rəvayət nəql olunmuşdur.

Rəvayətdə bildirilir ki, həzrət Peyğəmbər (s) qiraət halında olarkən sağ əlini sol əlinin üstünə qoymuşdur. Sünnilərin bəzisi əlləri sinənin üstündə, bəziləri isə göbəkdən aşağı üst-üstə qoymağı zəruri bilirlər.(Töhfətul-ixvan”, Ben Baz, Ben Baz, s. 82, sual 25.)

Sünnə əhli belə hesab edir ki, əlləri üst-üstə qoymaq Allah qarşısında təvazö və kiçiklik əlamətidir. Onlar Allahdan qeyrisinin qarşısında əlin sinəyə qoyulmasını caiz hesab etmirlər.("Fəzlul-Mədinə”, Əbdül Möhsin ben Həmdül İbad s. 43)Bəziləri isə belə hesab edirlər ki, əllər qəlbi (ürəyi) qorumaq məqsədi ilə üst-üstə qoyulur. Malikilər isə namazda şiələr tək əllərini yana salırlar.("Əl-fiqh ələl məzahibil-ərbəə”, c. 1, s. 231)

baxılma sayı: 331