Daima oxuduğumuz Fatihə surəsinin saymaqla bitməyən fəzilət və bərəkəti

Fatihə surəsi Quranın əvvəlinci sürəsi, Kitabın açarıdır.
İslaminSesi.info- Bütün namazlarımızın, dualarımızın, məclislərimizin ayrılmaz bir parçası olan Fatihə surəsinin fəzilət və bərəkəti sayılmaqla, yazılmaqla bitməz. Hz. Əli (ə) bu barədə buyurub: “Əgər Fatihə barədə şərh yazsam 70 dəvə yükü olar.” (Xutum və Əzkar 1/117).
 
Allah Təalanın Fatihəni bütöv Qurana bərabər hesab etməsi bizə kifayətdir ki, bu surənin əzəmətini anlayaq:
 
“Biz sənə (hər namazda oxunub) təkrarlanan yeddi ayəni (Fatihə surəsini) və (böyük) əzəmətli Quranı verdik.” (Hicr-87)
 
Həmçinin Fatihə surəsinin əzəmət və bərəkətini əks etdirən saysız hədislər mövcuddur.
 
1- İmam Rza (ə) buyurub: Bismilləhir-Rəhmanir-Rəhim gözün qarasının ağına yaxın olduğu qədər İsmi-əzəmə yaxındır. (Bihar 92/233) (Eynu-həyat 2/233)
 
2- İmam Sadiq (ə) buyurub: İsmi-əzəm Fatihə surəsindəir. (Səvabul-əmal 221)
 
3- İmam Sadiq (ə) buyurub: Əgər sizə bir çətinlik üz versə, həmən vaxt 7 dəfə Fatihə oxuyun. Yox əgər nəticə verməsə 70 dəfə oxuyun. Bu dəfə mən sizə zaminəm. (Bihar 92/234) (Uyunul-həyat. 2/233)
 
4- İmam Sadiq (ə): Hər hansı bir dərdə, ağrıya 70 dəfə Fatihə oxunsa ağrı keçər. (Bihar 92/226) (Uyunul-həyat 2/235)
 
5- Ölüyə 70 dəfə Fatihə oxuyub ruhunun geri qayıtdığını görsəniz təəccüb etməyin. (Bihar 92/257) (Uyunul-həyat 2/235) (Kafi 4/429)
 
6- İmam Baqir (ə) buyurub: “Bir kəsə fatihə fayda verməsə ona heçnə fayda verməz.” (Uyunul-həyat 2/235) (Kafi 4/434)
 
7- Həmçinin hədislərdə buyurulur ki, Fatihə və Bəqərə surəsinin axırırıncı iki ayəsi  kimi əzəmətli bir şey Allah Rəsulundan (s) başqa heç peyğəmbərə (ə) nazil olmayıb. (Mustədrəkul-vəsail)
 
Fatihə surəsinin “Fatihətul-kitab” (kitabı açan), “Ummul-kitab” (kitabın anası) kimi məşhur adları da vardır ki, bu adlar bünün deyilənləri özündə ehtiva edir./Yaşar Nuriyev

 

baxılma sayı: 206