Xanım Fatimeyi-Zəhra (səlamullahi əleyha)-nın zikri 40 hədis və nöqtələr...

Xanım Fatimeyi-Zəhra (səlamullahi əleyha)-nın zikri 
 
1. Həzrət Fatimeyi-Zəhra (səlamullahi əleyha)-nın təsbihini demək - təkidli müstəhəb əməllərdən biridir. 
2. Həzrət Fatimeyi-Zəhra (səlamullahi əleyha)-nın təsbihini demək - İmam (əleyhis-salam)-ların və din alimlərinin nəzərində xüsusi əhəmiyyətə malikdir. 
 
3. Həzrət Fatimeyi-Zəhra (səlamullahi əleyha)-nın təsbihinin qısa və sadə olmasına baxmayaraq, çoxlu savabı və xeyir-bərəkəti vardır. Belə ki, Həzrət Peyğəmbəri-Əkrəm (səllallahu əleyhi və alihi və səlləm) onu qızı xanım Zəhra (səlamullahi əleyha)-ya buyurdu: “Sənə dünya və onun içindəkilərdən yaxşı olan bir şey əta edəcəyəm”. (Sonra bu zikri ona əta etdi.) 
 
4. İmam Baqir (əleyhis-salam) buyurmuşdur: “Allaha həmd-səna etmək baxımından, Həzrət Zəhra (səlamullahi əleyha)-nın təsbihindən üstün və fəzilətli bir ibadət yoxdur. Əgər ondan fəzilətli bir əməl olsaydı, Həzrət Mühəmməd (səllallahu əleyhi və alihi və səlləm) onu Fatimeyi-Zəhra (səlamullahi əleyha)-ya öyrədərdi”. 
 
5. Namazdan sonra ən fəzilətli əməl - Həzrət Fatimeyi-Zəhra (səlamullahi əleyha)-nın təsbihidir. 
 
6. Yaxşı olar ki, vacibi namazlardan sonra, yatanda və Allah yanında yüksək məqama malik olan şəxslərin qəbrini ziyarət edəndə o Həzrət (səlamullahi əleyha)-nın zikrinə müdavimət edilsin. 
 
7. İmam Sadiq (əleyhis-salam) buyurmuşdur: “Hər kəs vacibi namazdan sonra Həzrət Fatimə (səlamullahi əleyha)-nın təsbihatını desə, sağ ayağını sol ayağının üstündən götürməzdən öncə, onun bütün günahları bağışlanar. Bu təsbih “Əllahu əkbər”lə başlanır”. 
 
8. İmam Sadiq (əleyhis-salam) buyurmuşdur: “Mənim üçün hər gün vacibi namazlardan sonra Həzrət Zəhra (səlamullahi əleyha)-nıntəsbihatını demək, gündə qılınan min rükət (müstəhəbi) namazdan sevimlidir”. 
 
9. İmam Sadiq (əleyhis-salam) buyurmuşdur: “Hər kəs gecəni Həzrət Fatimə (səlamullahi əleyha)-nın təsbihini deməklə başa vursa (yəni yatanda onu desə), Allahı çox yad edən qadın və kişilər sırasındadır (və “Allahı çox yad edin!” - ayəsinə əməl edənlərdəndir)”. 
 
10. Həzrət Fatimeyi-Zəhra (səlamullahi əleyha)-nın təsbihini demək - Allahın razılığına səbəb olur. 
11. Həzrət Fatimeyi-Zəhra (səlamullahi əleyha)-nın təsbihini demək - əməl tərəzisində insanın yaxşı əməllərinin ağır gəlməsinə səbəb olur. Bu barədə İmam Sadiq (əleyhis-salam) Əmirəl-möminin Həzrət Əli (əleyhis-salam)-ın belə buyurduğunu nəql etmişdir: “Sübhanəllah” demək əməl tərəzisinin yarısını, “Əlhəmdu lillah” demək tərəzinin hamısını, “Əllahu əkbər” demək isə yerlə göyün arasını doldurur”. 
 
12. Həzrət Fatimeyi-Zəhra (səlamullahi əleyha)-nın təsbihini demək – Allahın razılığına səbəb olur. Belə ki, İmam Baqir (əleyhis-salam) buyurmuşdur: “Hər kəs Həzrət Zəhra (səlamullahi əleyha)-nın təsbihatını dedikdən sonra tövbə etsə, Allahın məğfirəti ona şamil olar”. 
13. Həzrət Fatimeyi-Zəhra (səlamullahi əleyha)-nın təsbihini demək, insanı behiştə aparar. İmam Sadiq (əleyhis-salam) buyurmuşdur: “Hər kəs Həzrət Həzrət Fatimə (səlamullahi əleyha)-nın təsbihatını vacibi namazda (salamı dedikdən sonra) ayaqlarını bir-birinin üstündən götürməmişdən öncə desə, Allah Təala behişti ona vacib edər”. 
 
14. Xanım Zəhra (səlamullahi əleyha) bu zikri həmişə oxuduğuna görə, o Həzrət (səlamullahi əleyha)-nın təsbihi adı ilə məşhurlaşmışdır. Bu zikr, Məsum İmam (əleyhis-salam)-ların yanında yüksək əhəmiyyətə malik idi. 
15. İmam Sadiq (əleyhis-salam) buyurmuşdur: “Namazdan sonra Həzrət Fatimə (səlamullahi əleyha)-nın təsbihini “Əllahu əkbər” deməklə başlayıb, onu otuz dörd dəfə deyin. Sonra otuz üç dəfə “Əlhəmdu lillah” və otuz üç dəfə də “Sübhanəllah” deyin. Lakin yatanda və (möminlərin qəbrini) ziyarət edəndə əvvəlcə “Əllahu əkbər”, sonra “Sübhanəllah” və daha sonra isə “Əlhəmdu lillah” deyin”. 
 
16. İmam Sadiq (əleyhis-salam) buyurmuşdur: “Hər kəs vacibi namazdan sonra Allahı yad etməyi Həzrət Fatimə (səlamullahi əleyha)-nın təsbihini deməklə başlayıb, “La ilahə illəllah” desə, Allah Təalanın məğfirəti ona şamil olar”. 
17. Həzrət Fatimeyi-Zəhra (səlamullahi əleyha)-nın təsbihini deməyi yaddan çıxarmayın və göstəriş verildiyi şəkildə icra edin. 
 
18. İbadətin, xüsusən də Həzrət Fatimeyi-Zəhra (səlamullahi əleyha)-nın təsbihatının ən yaxşı şərti - diqqətli olmaqdır. 
19. Həzrət Fatimeyi-Zəhra (səlamullahi əleyha)-nın təsbihinin digər şərtlərindən biri də, onu namazdan dərhal sonra yerinə yetirməkdir. 
20. Həmçinin onun başqa bir şərti də ardıcıllıqla, sözlərin arasında heç bir fasilə vermədən və (Mühəmməd və Ali-Mühəmmədə salavat göndərmək istisna olmaqla) başqa bir söz danışmadan yerinə yetirməkdir. 
 
21. Həzrət Fatimeyi-Zəhra (səlamullahi əleyha)-nın təsbihatının çoxlu faydaları vardır, o cümlədən, insanı bədbəxtlikdən xilas edir. 
22. İmam Sadiq (əleyhis-salam) buyurmuşdur: “Ey Əba Harun! Biz öz övladlarımıza namaz qılmağı əmr etdiyimiz kimi, Həzrət Fatimə (səlamullahi əleyha)-nın təsbihatını deməyi də əmr edirik. Sən də onu heç vaxt yaddan çıxarma; çünki bu zikri həmişə deyən şəxs heç vaxt bədbəxtliyə düşməz”. 
23. Şeytanın insandan uzaqlaşmasına səbəb olan əməllərdən biri də həmişə Həzrət Fatimeyi-Zəhra (səlamullahi əleyha)-nın təsbihatını deməkdir. 
 
24. İmam Sadiq (əleyhis-salam) buyurmuşdur: “Hər kəs öz yatağında uzandığı halda Həzrət Fatimə (səlamullahi əleyha)-nın təsbihatını desə, Allah Təala onun əməl dəftərində həmin gecəni ibadətlə başa vurma savabını yazar”. 
25. Hədislərə və tarixi şahidlərə əsasən, Həzrət Fatimeyi-Zəhra (səlamullahi əleyha)-nın təsbihatı bəzi xəstəliklərə, o cümlədən qulaq ağrısına dərmandır. 
26. İmam Sadiq (əleyhis-salam)-dan nəql olunan hədisə əsasən, Həzrət Zəhra (səlamullahi əleyha)-nın təsbihatı - “Allahı çox yad edin!” - ayəsinin xarici nümunələrindən biridir. 
 
27. Hər kəs Allahı çox yad etsə, Allah Təala onu iki şeydən uzaq edər: 1-Cəhənnəm odundan. 2-Nifaq (münafiqlik) sifətindən. 
28. Bu təsbihi zikr etməyin üç məxsus vaxtı vardır: 1-Hər bir namazdan sonra. 2-Yatan vaxtı. 3-Allah yanında yüksək məqama malik olan şəxslərin qəbrini ziyarət edən zaman. 
29. İmam Baqir (əleyhis-salam) buyurmuşdur: “Yatmazdan öncə Həzrət Zəhra (səlamullahi əleyha)-nın təsbihatını deyin, ondan sonra “Fələq” və “Nas” surələrini, eləcə də “Ayətəl-kürsü”nü oxuyun”. 
30. Əgər bir kəs təsbih edərkən sayında şəkk etsə, məhəllindən keçməyibsə, niyyətini aza qoymalıdır. Əgər səhv edərək təkbirlərin və sairənin sayını artırsa, artıq deməməli və niyyətini otuz dörd, yaxud otuz üçə qoymalıdır. Bu kimi hallarda yaxşı olar ki, təsbihdə (Sübhanəllah) yox, təkbir (Allahu əkbər) və təmhiddə (Əlhəmdu lillah) niyyəti buna qoysun ki, bir dənə az demişdir. Sonra birini əlavə etməklə sayı təkmil etsin. 
 
31. Həzrət Fatimeyi-Zəhra (səlamullahi əleyha)-nın təsbihatı hər bir namazdan sonra, o cümlədən Həzrət Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm)-ə qılınan ziyarət namazından, “istiğasə” namazından, “Cəmkəran” məscidində İmam Zaman ağa (əccil fərəcəhum)-a qılınan namazdan və Əmirəl-möminin Həzərt Əli (əleyhis-salam)-a qılınan ziyarət namazından sonra da deyilir. 
32. Adətən zikrlər, xüsusilə Həzrət Fatimeyi-Zəhra (səlamullahi əleyha)-nın təsbihatı təsbehlə deyildiyinə görə, yaxşı olar ki, zikr İmam Hüseyn (əleyhis-salam)-ın türbətindən düzəlmiş təsbehlə deyilsin. 
33. İmam Sadiq (əleyhis-salam) buyurmuşdur: “İmam Hüseyn (əleyhis-salam)-ın türbətindən düzəlmiş təsbehlə zikr etmək, yaxud tövbə etmək (və onu təsbihlə saymaq) digər torpaqdan, yaxud daşdan düzəlmiş təsbehlə deyilən yetmiş zikrə, yaxud tövbəyə bərabərdir”. 
 
34. İmam Kazım (əleyhis-salam) buyurmuşdur: “Möminin beş şeyi olmalıdır: Misvakı, darağı, (üzərində namaz qılınan) səccadəsi, otuz dörd dənəli təsbehi və əqiq üzüyü”. 
35. Bu təsbihi demək zahirdə asandır, lakin onu diqqətlə dedikdə, çoxlu çətinliklər aradan qaldırılar. 
36. Bu zikr əhli-təsənnün məktəbinin “Səhihi-Müslüm”, “Səhihi-Buxari”, “Sünəni ibn Macə” və “Ehyau ülumid-din” kimi kitablarında qeyd olunmuşdur. 
 
37. Həzrət Fatimeyi-Zəhra (səlamullahi əleyha)-nın təsbihatını xüsusiyyətlərindən biri də onun çoxlu savaba malik olmasıdır. 
38. İmam Muhəmməd Baqir (əleyhis-salam) buyurmuşdur: “Bu təsbih yüz zikrdən ibarətdir, lakin (Qiyamət günündə) əməllər ölçüləndə ona min savab verilər, şeytanı insandan uzaq edər və Allahın razılığına səbəb olar”. 
39. İmam Sadiq (əleyhis-salam) Həzrət Fatimeyi-Zəhra (səlamullahi əleyha)-nın təsbihatını deyəndə, həmişə öz mübarək barmaqları ilə yavaş-yavaş sayırdı. 
40. İmam Sadiq (əleyhis-salam) buyurmuşdur: “Həzrət Fatimeyi-Zəhra (səlamullahi əleyha)-nın təsbihatının neçə dəfə dediyini şəkk etsən, yenidən de”.

baxılma sayı: 116