Həzrət Fatimənin (ə) kənizinin duasının nəhəng nəticəsi

Ümmi-İmən İslamın üstün dərəcəyə malik olan qadınlarından olmuşdur ki, hər zaman nübuvvət ailəsinin xidmətində dururdu. O zaman ki, Həzrət Fatimə (s.ə) dünyasını dəyişir, Ümmi-İmən o qədər narahat olur ki, artıq Mədinədə qalmağa taqəti çatmır. Ona görə də Məkkəyə yollanır. (İslami saytlara istinadən)

Yolu səhradan düşür və Cəhəfə yolunda susuzluq ona qalib gəlir.

Yanında su götürməmişdi və o qədər susuzlayır ki, artıq ölüm ayağında olur.

Bu zaman Allaha diqqət edir və gözündən yaş axan halda dua edir: “Ey, mənim Allahım! Məni susuz qoyacaqsan, halbuki mən Peyğəmbərinin (s) qızının (Fatimənin (s.ə)) kənizi olmuşam”.

Bu duadan sonra səmadan behişt suyu ilə dolu qab nazil olur və həmin sudan içir. Yeddi il nə susuz olur və nə də ac…

Allahu əkbər! Əhli-Beytə (ə) ixlasla xidmətin bu böyüklükdə nəticəsi hələ bu dünyada olur.../Deyerler.

baxılma sayı: 72