Yemək yeməyin qaydaları haqqında İslamın tövsiyələri

Yaxşı olar ki, insan bardaş qurduğu və ya dizləri üstə oturduğu halda yeməyi sağ əli ilə yesin. Yemək yeyildikdən əvvəl və sonra əlləri yumaq və dişləri fırça ilə təmizləmək lazımdır. Yaxşı olar ki, insan yeməyi tək yeməsin. Süfrə açıldıqda qulluqçu və xidmətçiləri dəvət edib onlarla birlikdə yemək daha yaxşı olar. Ev sahibi yeməyə hamıdan tez başlamalı və hamıdan gec qurtarmalıdır. Ev sahibi əllərini hamıdan tez yumalı və sonra teşt onun sağ tərəfində oturana ötürülməlidir. Bu qayda ilə hamı əllərini yuyub ev sahibinin sol tərəfində əyləşən şəxsdə qurtarmalıdır. Yeməyə başlamazdan əvvəl "Bismillah”, qurtardıqdan sonra isə "Əlhəmdulillah” deməyə xüsusi diqqət yetirmək lazımdır. Yaxşı olar ki yemək yeməzdən əvvəl və sonra bir qədər duz dadılsın.

Yemək yeməyin qaydaları rəvayətlərdə:

-Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: "Yediyiniz yeməklərin halal və ya haram olmasına xüsusi diqqət yetirin . Haram yemək-içməklərdən uzaq olun və haram yemək-içmək olan məclislərdə iştirak etməyin. İştirak etdiyiniz məclislərdə müsəlmanların qeybəti olunarsa oradan uzaqlaşmağa çalışın.

-Məkruh olan şeylər haqqında nəql olunmuş başqa bir rəvayətdə deyilir. "Yeməyi sol əlinizlə, sağ və ya sol tərəfə soykənərək (və ya uzanaraq) yeməyin. Əgər çarəsizlik üzündən olarsa bunun heç bir eybi yoxdur.

-İmam Sadiq (ə)-dan nəql olunur: "Allah Peyğəmbəri (s) təvəzükarlıq əlaməti olaraq heç vaxt söykənərək bir şey yeməzdi. O ömrünün sonunadək hamı kimi oturar və hamı kimi yeyərdi.

-Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Bardaş quraraq oturduğunuz zaman bəzi təriqətlərə xas olan qaydada ayağınızı ayağınızın üzərinə qoyaraq oturmayın .Yol gedərkən bir şey yeyib içməkdən çəkinin , yox əgər çarəsizlik üzündən olarsa bunun heç bir maneəsi yoxdur.”

-İmam Sadiq (ə)-dan nəql olunur: "Ruzinizin bol olmasını isdəyirsinizsə yeməkdən əvvəl əllərinizi yuyub qurulayın, yeməkdən sonra yuduqda isə qurulamayın və əlinizi üzünüzə çəkərək bu duanı oxuyun :

-Allah-Təala Musa (ə)-a xitab edərək buyurdu : Ey Musa ! Qövmünə de ki, yeməkdən əvvəl və sonra duzdan isdifadə etsinlər . Belə etməklə onlar bir çox xəstəlikləri özlərindən dəf etmiş olarlar.

-Səlamət ibni Mehran imam Sadiq (ə)-dan soruşur : "Namaz yemək vaxtı ilə üst-üstə düşərsə birinci hansını yerinə yetirmək lazımdır? İmam Sadiq (ə) buyurur: Namaz qılmağa vaxt olarsa birinci yeməyinizi yeyin. Yox əgər namazın fəzilətli vaxtı keçərsə və ya vaxt azlığından namaz qəza olarsa ilk növbədə namaz qılıb sonra yemək lazımdır.

baxılma sayı: 292