Namazın savabını artırmaq üçün hansı əməllərə diqqət yetirmək lazımdır?

Namaz öncəsi bəzi işlər də vardır ki, onlarə riayət etməklə namazın savabına savab qatmış oluruq. Yəni bərəkər üstünə xeyir bərəkət, nur üstünə nur! Sonda bunlar da (savab və ilahi mükafat) bizim mənəvi təkamülümüzə xidmət edir. Bu kimi savab qazandıran işlərdən aşağıdakıları misal çəkmək olar:

 

Azan və iqamə demək – (mələklərin onun üçün istiğfar etməsinə vəsilə olur)

Rükunu kamil şəkildə icra etmək – (qəbr sıxıntısını aradan aparır)

Əqiq üzük taxmaq – (min rəkt namazın xeyir-bərəkətini, savabını qazandırır)

Dişə misvak vurmaq – (70 rəkət namazın xeyir-bərəkətini, savabını qazandırır)

Dəstəmaz zamanı ağzı su ilə yaxalamaq – (insanı qəflətdən qoruyur)

Ətir vurmaq – (namazın savabını artırır, mələklərə xoş təsir bağışlayır)

Təsbihat zikri – (İmam Sadiq (ə) Xanım Zəhranın (s.ə) təsbih zikrinin savabını 1000 rəkər müstəhəb namaza bərabər bilir)./Məvaziul-ədədiyyə)

baxılma sayı: 60